Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır
"Prezident İlham Əliyevin oktyabrın 15-də səsləndirdiyi fikirlər təkcə Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizliklərin xatırladılması deyil, həm də beynəlxalq münasibətlər sistemində mövcud problemlərə yönəlmiş ciddi siyasi mesaj kimi qiymətləndirilə bilər".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasın da səsləndirib:
"Dövlət başçısı Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin siyasətinə toxunmaqla müharibə cinayətlərinə görə məsuliyyət məsələsinin siyasi dəyişikliklərdən asılı olmayaraq gündəmdə qalmalı olduğunu vurğuladı. Çünki hakimiyyətlərin dəyişməsi keçmişdə törədilmiş cinayətlərin hüquqi məsuliyyətini aradan qaldırmır. Xüsusilə Bakıda müharibə cinayətlərində ittiham olunan şəxslərlə bağlı məhkəmə prosesinin Nürnberq tribunalı ilə müqayisə edilməsi Azərbaycanın tarixi ədalətin bərpasına verdiyi əhəmiyyətin ifadəsi idi".
Politoloq vurğulayır ki, bununla yanaşı, Prezidentin Azərbaycan xalqının yaşadığı faciələrə baxmayaraq, qisasçılıq mövqeyindən çıxış etmədiyini bildirməsi mühüm məqamdır.
"Azərbaycan müharibədə qələbə qazandıqdan sonra regionda yeni siyasi reallıq formalaşdırıb və bu reallığın əsas istiqamətlərindən biri də davamlı sülhə nail olmaqdır. Lakin sülhün dayanıqlı olması üçün keçmişdə baş verən hadisələrin üzərindən sadəcə xətt çəkmək kifayət deyil. Eyni zamanda, dövlət başçısının Avropa Şurası və Avropa Parlamentinə yönəltdiyi tənqidlər beynəlxalq təşkilatların münaqişələrə münasibətdə ardıcıl mövqe nümayiş etdirməsinin vacibliyini gündəmə gətirir. Azərbaycanın uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını gözləməsi, lakin bu istiqamətdə nəticənin əldə olunmaması beynəlxalq hüququn tətbiqi ilə bağlı problemlərin bariz nümunəsidir. Prezidentin çıxışından belə nəticəyə gəlmək olar ki, beynəlxalq təhlükəsizlik sisteminin əsas çatışmazlıqlarından biri qərarların qəbul edilməsi ilə onların icrası arasında mövcud olan böyük fərqdir. Əgər beynəlxalq təşkilatlar qəbul etdikləri sənədlərin icrasını təmin edə bilmirlərsə, bu, onların nüfuzuna və dövlətlər arasında etimada mənfi təsir göstərir. Məhz buna görə Azərbaycanın irəli sürdüyü əsas siyasi mesaj beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə eyni prinsiplərlə tətbiq olunması, müharibə cinayətlərinin cəzasız qalmaması və münaqişələrin həllində real icra mexanizmlərinin yaradılması zərurətidi".
Aynurə İsmayıl
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto