Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi: 'Ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi: 'Ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var"Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşündə deyib.
"Müstəqilliyimizin ilk illərində mənfur düşmənlər Azərbaycan Respublikasının bütövlüyünə, onun sərhəd toxunulmazlığına qarşı cinayətkar əməllər törədiblər. Bir azərbaycanlı kimi sevinirəm ki, Vətən oğulları da bu əməllərin qarşısının alınması üçün könüllü şəkildə maraqlarını ortaya qoyaraq Vətənin çağırışına səs verdilər. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan oğulları düşmənə layiqli cavab verib", - F.Nəcəfli bildirib.
O söyləyib ki, ordu quruculuğunun təməli məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvanda atılıb:
"Mən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin yerləşdiyi ərazidə olarkən orada yaradılan şəraiti gördükdə qürurlandım. Ona görə ki, bu sahədə işlər ilk olaraq burada formalaşıb. Birinci Qarabağ müharibəsi bizim üçün olduqca ağır idi. Lakin düşmənin uzun müddət həm təbliğatı, siyasəti, həm də özlərini "qəhrəman xalq" kimi təqdim etmələri Azərbaycan oğullarının rəşadəti və səyi hesabına darmadağın edildi. Artıq belə bir mif yoxdur. Bütün dünya onların kim olduğunu bir daha gördü. Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var. Ancaq əmin edirəm ki, ölkə Prezidentinin bu məsələlərdə qətiyyətinə heç bir şübhə ola bilməz. Dövlət başçısının siyasəti məhz ona hesablanıb ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və dədə-baba torpaqlarımız həmişə bizim bir tərkib hissəmiz kimi qalmalıdır".
Şəhidlərə və qazilərə ehtiramını bildirən F.Nəcəfli qeyd edib ki, Naxçıvan torpağı, qədim Azərbaycan torpağı həmişə igid oğullar yetişdirəcək və vətənimizin bütövlüyü, torpaqlarımızın müqəddəsliyi həmin oğulların sayəsində daim qorunacaq:
"Dövlət tərəfindən şəhid ailələri və qazilərin sosial təminatı istiqamətində mühüm tədbirlər görülür, lakin nə qədər işlər görülsə də, hər zaman azdır. Dövlət başçımızın bu məsələlərlə bağlı prinsipial siyasət yürütməsinə əmin ola bilərsiniz. Şəhid ailələri və qazilərin sosial təminatının davamlı olaraq yüksəldilməsi bundan sonra da davam etdiriləcəkdir. Bu gün həyata keçirilən tədbirlərin davamı kimi ayrılan vəsait hesabına mənzillər və avtomobillər təqdim olunur. Bu, dövlətin sizə göstərdiyi qayğının təzahürüdür".

Sosial       Tarix: 30 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri xəbərlər.com xeberler bugun sonxeber az