Prezidentlərin görüşü yeni strateji mərhələnin simvoludur

Prezidentlərin görüşü yeni strateji mərhələnin simvoludur02 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib. Azərbaycan Prezidentinin Əbu-Dabidə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla baş tutan görüşü iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın növbəti mərhələyə keçdiyinin göstəricisidir. Prezident İlham Əliyev ilə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən görüş regional və qlobal proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqaz, Yaxın Şərq və Avrasiya məkanında baş verən transformasiyalar fonunda Azərbaycan–BƏƏ xətti sabitlik və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli kimi çıxış edir. 
Bir sözlə, münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və dostluq münasibətləri özünəməxsus rol oynayır. Azərbaycan-BƏƏ münasibətlərinin bugünkü səviyyəyə gəlməsi uzunmüddətli, məqsədyönlü diplomatik fəaliyyətin nəticəsidir. Son illər ərzində tərəflər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində əlaqələr ardıcıl olaraq inkişaf etdirilmiş və yüksək səviyyəyə gətirilib.
Onu da deyək ki, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alğı-satqı müqaviləsinə dair sənəd imzalanıb. Səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.
Səfərin əsas diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə keçirilmiş görüşdür. Görüşün neytral və eyni zamanda nüfuzlu məkanda baş tutması Azərbaycanın dialoq prosesinə və sülh quruculuğuna verdiyi önəmin göstəricisi olmaqla yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ermənistanla keçirilən görüşlər artıq siyasi normallaşma kontekstindən çıxaraq iqtisadi münasibətlərin formalaşdırılması mərhələsinə qədəm qoyur.  Azərbaycanın ikitərəfli ticarətlə bağlı əldə olunmuş razılığın şərtlərinə əməl edərək Ermənistana neft məhsullarını ixrac etməsi, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların daşınmasında ölkə ərazisindən tranzit olaraq istifadə etməyə imkan yaratması əməkdaşlığın növbəti mərhələsi üçün ciddi siyasi və iqtisadi zəmin hazırlayır. Tərəflər iqtisadi əməkdaşlığı genişləndirmək üçün mümkün imkanların araşdırılması barədə də razılığa gəldilər ki, bu da öz növbəsində sülhün qorunması vasitəsilə iqtisadi əməkdaşlıq üçün yeni qapılar açır.
İqtisadi əməkdaşlıq Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini gücləndirməklə yanaşı, eyni zamanda əlavə gəlir mənbələri yaradacaq. Əlavə olaraq, enerji məhsullarının ixracı post-münaqişə dövründə iqtisadi təsir aləti olaraq ön plana çıxır ki, bu həm də Azərbaycanın regional və beynəlxalq bazarlara çıxış strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, siyasi sabitliyin təmin olunması regionun investisiya cəlbediciliyi baxımından xüsusilə əhəmiyyətlidir və Azərbaycanın iqtisadi mərkəz mövqeyini daha da gücləndirir.
Bu səfərin diqqətçəkən məqamlarından biri də Şeyx Zayed Fondunun təsis etdiyi və qlobal miqyasda humanist dəyərlərin təşviqinə xidmət edən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın 2026-cı il üzrə Azərbaycan Prezidentinə təqdim olunmasıdır. Mükafatın Qafqazda davam edən münaqişəyə son qoyulmasına, həmçinin dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişafına görə verilməsi Azərbaycanın bu məsələdəki potensial imkanlarını bir daha təsdiqləyir. Mükafat komitəsi Azərbaycan Prezidentinin regional sülhün təmin olunmasındakı rolunu vurğulamaqla yanaşı, onun qlobal sülhə töhfəsi istiqamətindəki nailiyyətini də təsdiqləyir. Mükafatın keçmiş laureatları arasında Roma Papasının, BMT-nin baş katibi kimi nüfuzlu şəxslərin olması Prezident İlham Əliyevin qlobal sülh və əməkdaşlığın əldə olunmasındakı nüfuzlu mövqeyini diqqətə çatdırır.
Ümumilikdə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri Azərbaycan–BƏƏ münasibətlərinin yeni, strateji mərhələyə yüksəlməsini simvolizə edir. Səfər siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə və ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə güclü zəmin yaradıb.
Vilayət İsmayılov,   
iqtisad elmləri doktoru, professor / azxeber.com

Siyasi       Tarix: 06 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən ən son xəbər şou biznes xəbərləri bugünki xəbərlər