Problemli kreditlərin həcmi AÇIQLANDI
Yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 mln. manat artaraq 19,669.6 mln. manat olub.
KONKRET.azAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, kredit portfelinin strukturunun 55.2%-ni biznes kreditləri (10,845.6 mln. manat), 29.5%-ni istehlak kreditləri (5,811.9 mln. manat) və 15.3%-ni ipoteka kreditləri (3,012.2 mln. manat) təşkil edib.
2023-cü ilin yanvar ayında cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil edib.
Yanvar ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 mln. manat artıb. Əmanət portfelinin 53%-i (6,196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Rəsmi məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil edib. Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 25.1% artaraq 28,914.8 mln. manat təşkil edib.
Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nəzərən 231 min ədəd artaraq 13 milyon 488 min ədəd olub. Cari ilin yanvar ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
2023-cü ilin yanvar ayında bankomatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2%, POS-terminalların sayı isə 29.5% çoxdur.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu