Professordan KORONAVİRUS XƏBƏRDARLIĞI: "2 yaşa qədər uşaqlar..."
Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsinin üzvü, professor Ateş Kara iki yaşdan kiçik uşaqların maska taxmasına qarşı çıxıb.
Milli.Az xəbər verir ki, professor 12 yaşdan yuxarı uşaqların maska taxmalı olduğunu bildirib.
"2 yaşa qədər uşaqlara maska taxılmamalıdır. Uşaq arabalarına örtük sərmək daha doğrudur. Buna səbəb uşaqlarda tənəffüs yolları sisteminin tam inkişaf etməməsidir. Biz həm burundan, həm də ağızdan nəfəs alıb-veririk. Körpələrdə isə ağız və burundan nəfəs alıb-vermək sistemi tam inkişaf etməyib. Ya burunlarından, ya da ağızlarından nəfəs alırlar. Odur ki, 2 yaşa qədər uşaqlarda maskanın istifadəsi təhlükəlidir. Körpələri qorumağın bir yolu var, o da onlara yaxınlaşdığımız zaman maska taxmalıyıq.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da 5 yaşadək uşaqlarda maska istifadəsinə diqqət yetirilməli olduğunu, 12 yaşdan yuxarı olanlarınsa mütləq maska taxmalı olduğunu açıqlayıb. 15 yaşdan yuxarı olanlarda xəstəlik yetkinlərdəki kimi inkişaf etdiyi üçün bu yaş qrupu xüsusilə diqqətli davranmalıdır", - A.Kara açıqlamasında qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar