Prokurorluq özünü yandıran şəxslə bağlı məlumat yaydı
Baş Prokurorluq Ağdaşda özünü yandıran şəxslə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən azxeber.com-a bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında özünü yandırmış 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev ümumiyyətlə müharibə iştirakçısı olmayıb, ona müharibə ilə əlaqədar əlillik təyin edilməyib.
Qeyd edək ki, bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özünü yandırmasına dair məlumat və videogörüntülər paylaşılıb.
İlkin araşdırma zamanı Rəvan Fətəliyevin pensiya ödənişi ilə bağlı özünü yandırması, əl və üz nahiyəsində I dərəcəli yanıq izlərinin olması və hazırda vəziyyətinin stabil, qənaətbəxş olması müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
"Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən bu kimi həssas mövzularla bağlı məlumatların yalnız dəqiqləşdirildikdən sonra yayılması xahiş olunur", - məlumatda deyilir.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var