Prokurorluq yeniyetmənin Kürdə boğulması ilə bağlı məlumat yaydı
Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində itkin düşən şəxsin meyiti tapılmışdır.
Sabirabad rayon prokurorluğudan Open.az-a bildirilib ki, iyunun 18-də, saat 17 radələrində Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Emil Məmmədovun çimərkən boğularaq ölməsi və meyitin itkin düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
E.Məmmədovun meyitinin aşkar edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin Muğan dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılmış, 19 iyun 2020-ci il tarixdə meyit aşkar edilərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilmişdir.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib