Psixi xəstələrin daşınması üçün Azərbaycana təcili tibbi yardım avtomobilləri gətirilib
Azərbaycana psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxslərin daşınması üçün xüsusi təcili tibbi yardım avtomobilləri gətirilib.
azxeber.com xəbər verir ki, bu barədə report-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bildirilib.
Qeyd olunub ki, bu tip avtomobillərin sayı 3 ədəddir: "Psixiatrik təcili tibbi yardım avtomobillərinin arxa salonu 2 üzbəüz kreslo kilitli remen ilə, arxa şüşələr və salon arakəsmə dəmir barmaqlıqlarla, həmçinin orta salon 4 yerlik (3 nəfər tibbi personal, 1 nəfər xəstəni müşayiət edən) oturacaq ilə təchiz olunub.
İtaliya istehsalı olan avtomobillərin dövlət tibb müəssisələrinə paylanılması nəzərdə tutulub".
Bildirilib ki, agentlik son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması ilə bağlı tədbirləri davam etdirir:
"Agentlik dövlət tibb müəssisələrini yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobilləri satın alıb. Bura 66 ədəd sadə differensiallı, 10 ədəd perinetal küvəzlə təchiz olunmuş, 20 ədəd reanimobil, 1 ədəd portativ rentgen aparatlı və 3 ədəd psixiatrik təcili tibbi yardım avtomobilləri daxildir".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi