Psixoloqların üzərindən o adı biz götürə bilmərik

Psixoloqların üzərindən o adı biz götürə bilmərikPsixoloqların üzərindən o adı biz götürə bilmərik
Emilya Tağıyeva yazır...
Bu yaxınlarda məktəblərin birində uşaqların sosial pasportu barədə sorğu vərəqəsi paylandı. İçində ailə üzvləri (hətta baba və nənənin təhsili, ixtisası, əmək fəaliyyəti) ilə bağlı suallardan əlavə, ailədaxili münasibətlər, mənzil şəraiti, uşağın evdə harada, nəyin üstündə yatması ilə əlaqədar olanlar da vardı. Sorğudan belə anlaşılırdı ki, uşağın necə bir ailədə və hansı şəraitdə böyüdüyü araşdırılır.
Əslində addım olaraq alqışlanandır, amma üslub yanlışdır. Çünki bu vərəqəni uşağın valideyni doldurmamalıdır. Etiraf edək ki, anketdə iştirak edən heç bir valideyn tam səmimi olmayacaq (bəziləri otaqların sayını, digərləri təmirini, bir başqası valideyn-övlad münasibətlərini və s. təhrif edəcək). 
Bu məktəb psixoloqunun işidir. O, məsələn, dərslərdə oturmalı, yaxud tənəffüsdə uşaqların davranışını müşahidə etməli və "gözünə kəsdirdiklərinin" özü üçün qeydiyyatını aparmalıdır. Sonra həmin uşaqlarla fərdi söhbət aparmalı və bu anketi də birlikdə doldurmalıdırlar.
Ümumiyyətlə bu psixoloq məsələsinə cəmiyyətmizdə birmənalı yanaşılmır. Bəziləri deyir ki, "xoruz yox idi, səhər açılmırdı? Dədə-babalarımız psixoloq görüblər?" Amma əslində bu çox əhəmiyyətli məsələdir.
Bir neçə gün öncə Rusiyada qorxunc hadisə baş verib. Səkkizinci sinif şagirdi olan Alina adlı qız məktəbə gətirdiyi silahla yoldaşlarına atəş açıb, sonra isə intihar edib. Nəticədə üçü ağır olmaqla beş nəfər yaralanıb, özü və bir qız isə ölüb. Səbəb isə... oğlan. Bəli, sevdiyi oğlanı başqası ilə bölüşə bilmədiyi üçün belə aqressiv yola əl atıb, faciəyə səbəb olub.
Rusiyada olduğunu düşünüb məsələyə biganə yanaşmamalıyıq. Ölkəmizdə də məktəblilər arasında bıçaqlama hadisələri az deyil. Səbəb adətən qız, söyüş, söz götürməmə və sair görünür. Amma əslində problem daha dərində - ailədaxili münaqişə, valideynləri tərəfindən eşidilməmə, sinif yoldaşları tərəfindən bullinq, sosial durum və sair ola bilər.
İçindəki aqressiyanı çıxara bilməyənlər isə intihara əl atır.
Səbəb isə çox sadədir. Hamısı olmasa da, böyük əksəriyyətinin göstərdiyi aqressivliyin kökü yuxarıda qeyd etdiyim anketi uşağın əlinə verib evə göndərən məktəb psixoloqlarındadır. Əksəriyyətimizin "dəli doktoru" adlandırdığı psixoloqlar cəmiyyətin xilası ola, və ya sadəcə bu adın məsuliyyətini üstlərindən ata bilərlər.
Bunu onların əvəzində biz edə bilmərik, amma yardım göstərmək imkanımız daxilindədir. Təki bəzi psixoloqlar vəzifələrinə biganə yanaşaraq dərkənar xətrinə anket doldurmasınlar... Onu da deyim ki, bu gün barmaqarası yanaşdığı şagird sabah ilk növbədə elə onun özünün, doğmalarının məktəbdə oxuyan övladları üçün faciəvi nəticələrə səbəb ola bilər. Yaxud bu gün işlədiyi məktəbdəki şagirdlərin psixoloji vəziyyəti ilə vaxtında və yetərincə məşğul olmayan psixoloqun sabah böyüyüb cəmiyyət içərisinə daxil olan həmin aqressiv şagirdin bəd əməli ilə üzləşməyəcəyinə təminatı varmı? / oxu.az

Maraqlı       Tarix: 11 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler