Puçdemon həbs edildi
Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemon İtaliyanın Sardiniya adasında saxlanılıb.
Publika.az xəbər verir ki, İspaniya Ali Məhkəməsi tərəfindən barəsində axtarış və həbs qərarı çıxarılan K.Puçdemonun bəzi bələdiyyə sədrləri və müstəqillik tərəfdarı olan siyasi partiya üzvləri ilə görüşmək üçün Sardiniya adasına getdiyi bildirilib. O, barəsində axtarış və həbs qərarı çıxarıldığı üçün İtaliya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bu gün hakim qarşısına çıxacaq.
Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada keçirilən qanunsuz müstəqillik referendumu və həmin il oktyabrın 28-də Kataloniya parlamentində elan edilən birtərəfli müstəqillik bəyannaməsindən sonra oktyabrın 30-da Belçikaya qaçan K.Puçdemon 2019-cu ildə Avropa Parlamentinin üzvü seçilib. Belçika məhkəməsi İspaniyanın K.Puçdemonun təhvil verilməsi ilə bağlı tələbini rədd etmişdi.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür