Pulkovo hava limanında onlarla təyyarə növbədə – BÖHRAN YARANDI
Moskva hava limanlarının PUA hücumları səbəbindən müvəqqəti bağlanması Sankt-Peterburqdakı Pulkovo hava limanında ciddi sıxlığa səbəb olub.
KONKRET.az xəbər verir ki, BAZA nəşrinin məlumatına görə, Pulkovo hava limanında artıq 50-dən çox "artıq" təyyarə toplanıb. Bu təyyarələr Moskva əvəzinə məcburi şəkildə Sankt-Peterburqda eniş ediblər. Nəticədə hava limanı normaldan çox yüklənib, bu isə infrastrukturun imkanlarını aşır.
Ən böyük problem isə trapanların çatışmazlığıdır. Mövcud təyyarə axınına uyğun sayda trapan olmadığından, təyyarələr park zonalarında mühərriklərini söndürərək, uzun müddət sərnişinlərin düşməsi üçün gözləməli olurlar. Bildirilir ki, bəzi reyslərdə trapan gözləmə müddəti 2 saata qədər uzanır.
Pulkovo rəhbərliyi hələlik vəziyyətlə bağlı rəsmi açıqlama verməyib, lakin qeyri-rəsmi məlumata görə, hava limanında fövqəladə rejim tətbiq edilib və Moskvadakı hava məkanının nə zaman açıla biləcəyi ilə bağlı təlimat gözlənilir.
Natiq SƏLİM,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?