Putin 4 naziri vəzifəsindən kənarlaşdırdı - Hökumətin tərkibi dəyişdirilir
Rusiya Prezidenti Vladimir Putin 4 naziri istefaya göndərib.
Publika.az xəbər verir ki, ölkənin Nəqliyyat naziri Yevgeni Ditrix, Ekologiya və Təbii Sərvətlər naziri Dmitri Kobılkin, Energetika naziri Aleksandr Novak, Tikinti və mənzil-kommunal təsəsrrüfatı naziri Vladimir Yakuşev vəzifəsindən azad olunub.
Bundan başqa, baş nazirin müavinlərinin sayı 10-dək artırılıb. Energetika naziri Aleksandr Novak baş nazirin müavini təyin olunub.
Məlumatı Rusiya dövlət başçısının mətbuat xidməti yayıb.
Rusiyanın Baş naziri Mixail Mişustin boş qalan nazirlər postuna yeni namizədlər təklif edib.
Hökuməti qurma prosedurlarına uyğun olaraq təklif Dövlət Dumasına təqdim olunub.
Beləliklə, Energetika naziri postuna "RusHydro" şirkətinin rəhbəri Nikolay Şulqinov, Nəqliyyat naziri postuna "Aeroflot"un rəhbəri Vitali Savelyev, Ekologiya və Təbii Sərvətlər naziri postuna Arktika naziri Aleksandr Kozlov, İnşaat naziri postuna nazirin birinci müavini İrek Fayzullin, Uzaq Şərq İnkişaf naziri postuna Şərq İnkişafı Fondunun başçısı Sergey Çekunkovun təyin edilməsi təklif olunub.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək