Putin: "90-cı illərdə taksi sürücüsü işləyirdim
Prezidenti Vladimir Putin 1990-cı illərdə şəxsi sürücü kimi bəzən əlavə pul qazanmalı olduğunu etiraf edib.
Publika.az xəbər verir ki, dövlət başçısının sözlərini "Rossiya 24" telekanalı "Müasir tarix" filmindən sitat gətirib.
Həmin illərdə ölkənin ağır iqtisadi vəziyyətini təsvir edən teleaparıcı bir çox ixtisaslı mütəxəssislərin çətinliklə çörək qazandığını qeyd edib.
"Bəzən taksi sürücüsü kimi əlavə pul qazanmalı olurdum. Bu barədə danışmaq xoşagəlməzdir, amma təəssüf ki, bu belə idi", - Putin deyib.
Qeyd edək ki, Vladimir Putin daha əvvəl Andrey Kondraşovun sənədli filmində demişdi ki, Anatoli Sobçak mer seçkilərində məğlub olduqdan, meriyadan işini tərk etdikdən sonra Sankt-Peterburqda taksi sürücüsü kimi pul qazanmağa hazır idi.
Prezident vurğulayıb ki, 1990-cı illərin sonlarında Prezident Administrasiyasından Moskvaya işləmək təklifi alanda, başqa iş olmadığına görə onu qəbul etməyə bilməzdi. ("Report")
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var