Putin Baydenə deyib ki... - "Rossiya-1" ilk dəfə həmin KADRLARI YAYDI
Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenlə danışıqlara başlayarkən onu şəxsən görmək istədiyini bildirib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanın yer aldığı kadrlar "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin" verilişində nümayiş etdirilib.
"Sizi mütləq görəcəm, mən bunu çox istərdim", - Rusiya lideri həmkarına Romada keçirilən G20 sammitində onunla görüşə bilmədiyinə görə təəssüfləndiyini söyləyib.
Kremlin mətbuat katibi Dmitri Peskov "Moskva. Kreml. Putin" proqramı üçün jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən bildirib ki, Rusiya Federasiyası və ABŞ liderlərinin üz-üzə formatda görüşü barədə danışmaq hələ tezdir.
Onun sözlərinə görə, bu, gələcək üçün sualdır:
"Üzbə-üz görüş gələcəyin məsələsidir. Bu barədə danışmaq hələ tezdir".
Peskov xatırladıb ki, Putin və Bayden çox yaxın gələcəkdə Avropada Ukrayna ətrafında yaranmış qarşıdurma vəziyyəti ilə bağlı onsuz da əsaslı söhbəti davam etdirəcək etibarlı nümayəndələr təyin etmək haqqında razılığa gəliblər:
"Prezidentlər razılaşıblar ki, etibarlı nümayəndələr işlədikdən sonra onlar yenidən danışmalıdırlar. Ola bilsin eyni video formatdan istifadə ediləcək. Bu, iki prezidentin xoşuna gəlib".
Hüseyn
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək