Putin Baydeni niyə təbrik etmir? - Kreml açıqladı
"Seçkilərin nəticələrinin rəsmi şəkildə yekunlaşdırılmasını gözləməyi düzgün hesab edirik".
Publika.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-dakı seçkilərdən dərhal sonra Co Baydeni niyə təbrik etmədiyini sual edən jurnalistlərə cavabında deyib.
O, Rusiya prezidentinin ABŞ-dakı prezident seçkilərinin nəticələrinin rəsmi şəkildə yekunlaşdırılmasını gözləməyi və yalnız bundan sonra seçilən prezidenti təbrik etməyi məqsədəuyğun hesab etdiyini bildirib: "Fərq göz qabağındadır. Prezident tərəfindən elan edilmiş müəyyən qanuni prosedurlara əməl olunmalıdır. Bu səbəbdən vəziyyət fərqlidir. Buna görə də rəsmi açıqlama gözləməyi düzgün hesab edirik".
Putinin sözçüsü Rusiyanın Amerika xalqı tərəfindən seçilən istənilən ABŞ prezidenti ilə işləməyə hazır olduğunu da vurğulayıb. Növbəti Amerika lideri ilə dialoq qurmağın və ikitərəfli münasibətləri normallaşdırma yolları barədə razılığın əldə olunmasının mümkün olacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəlki seçkilərdə V.Putin Donald Trampı seçkilərdən dərhal sonra təbrik etmişdi.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür