Putin bir cümlə ilə Avropanın TALEYİNİ DƏYİŞDİ
Rusiya Prezidenti Vladimir Putin bir cümlə ilə Avropada qazın ucuzlaşmasına təsir göstərə bilib.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Welt" qəzeti yazır.
Nəşr bildirir ki, bundan əvvəl Putin "Qazprom"a Avropanın yeraltı qaz anbarlarında yanacağın həcminin artırılması üçün planlaşdırılmış işlərə başlamağı tapşırmışdı.
Şirkətin rəhbəri Aleksey Miller ölkə başçısını konsernin bunu edəcəyinə inandırıb və bundan sonra Rusiya lideri bu işlərin gedişi barədə ona məlumat verməyi əmr edib.
"Vladimir Putinin demək olar ki, təsadüfi açıqlaması Avropa qaz bazarının rahat nəfəs almasına səbəb oldu", - məqalədə deyilir.
Nəşrin müəllifi qeyd edib ki, Putinin sözlərindən sonra Hollandiyada təbii qaz fyuçerslərinin qiymətləri 15 faiz ucuzlaşıb:
"Avropadakı enerji böhranı göstərdi ki, Rusiya bazarda şübhəsiz dominantlıq edir. Rusiya şirkətinin nə qədər əlavə qaz tədarük edəcəyi hələlik bəlli deyil. Söhbət tədarük həcmlərindən gedir. Artıq söz verilmişdi. Lakin bazarlar dərhal reaksiya verdilər".
Avropada enerji qiymətləri son aylarda kəskin artıb. Avqustun əvvəlində Hollandiyanın TTF indeksi üzrə qaz fyuçerslərinin təxmin edilən dəyəri min kubmetr üçün təqribən 515 dollar təşkil edirdi, sentyabrın sonunda isə iki dəfə artdı. Qaz qiymətləri oktyabrın 6-da 1937 dollara çatdıqdan sonra azalmağa başladı.
Mütəxəssislər hesab edirlər ki, xammalın qiymətinin qalxması Avropa anbarlarının aşağı səviyyədə doldurulması, həmçinin Asiyada LNG-yə tələbatın yüksək olması ilə bağlıdır.
Vladimir Putin qeyd edib ki, qaz çatışmazlığı Avropa Komissiyasının iqtisadi siyasətinin nəticəsidir. Bundan əlavə, ABŞ və Yaxın Şərqdən Avropaya səkkiz milyard kubmetr yanacaq tədarük edilməyib, "Qazprom" isə idxalı 11 milyard kubmetr artırıb.
Hüseyn

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm