"Putin bundan qorxduğu üçün bir-birinin ardınca səhvlər edir" - Türk ekspert

"Putinin Donbasda separatçılara verdiyi dəstək Türkiyənin Kipr siyasətinə qətiyyən oxşamır".
KONKRET.az xəbər verir ki, bu sözləri yenisabah.az-a Kocaeli Universitetinin professoru İrfan Kaya Ülger deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Donetsk və Luqansk "xalq respublikaları"nın tanınması haqqında fərmanı imzalaması və bu vəziyyətin Şimali Kipr əməliyyatına bənzədiyini deməsi təəssüf doğurub:
"Putin administrasiyası BMT-nin əsas konvensiyasına və beynəlxalq hüququn əsas prinsipləri olan dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət qaydasına zidd hərəkət edib. Eyni zamanda, o, imzası olan Minsk Sazişini pozaraq, faktiki Ukrayna ərazisi olan Donbasa qoşun yeridib. Bütün sivil dünya Rusiyanın bu əməliyyatını pisləyir. Rusiyada işləyən Avrasiya məktəbinin üzvləri yenidən fövqəldövlət olmaq arzusu ilə səhvə yol verirlər. Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiya bu ölkədən 2008-ci ildə "ayrılıb". 2014-cü ildə Krım ərazisi ilhaq edilib. İndi bu kateqoriya aqressiv siyasətin üçüncüsü olan Donbas məsələsində də tətbiq edilib".
İrfan Kaya Ülger qeyd edib ki, Putinin apardığı bənzətmə tarixi faktlarla üst-üstə düşmür:
"Türkiyə Kipr Respublikasının qarant dövlətlərindən biridir. 1959-1960-cı il London və Sürix müqavilələri ilə qurulan Kipr Respublikasında yunanlar və türklər, sayından asılı olmayaraq, bərabər qəbul edilib. Hər iki icmanın ümumi iradəsi dövlət institutlarının idarə olunması və təmsil olunmasına əsaslanır. Lakin 1963-cü ildə Makarios administrasiyası türkləri idarəçilikdən kənarlaşdırıb. Bundandan sonra Türkiyə qarant dövlət kimi müdaxilə etməyə çalışsa da, o zamankı ABŞ prezidenti Consonun göndərdiyi məktubla Türkiyənin Kipr türklərinin hüquq və mənafelərini qorumasının qarşısı alınıb. Türkiyənin 1974-cü ildə adaya müdaxiləsi adanı Yunanıstana bağlamaq istəyən çevrilişdən sonra baş verib. Türkiyənin Kipr türklərinin hüquqlarını, mənafelərini və həyat təhlükəsizliyini qorumaq üçün iyulun 20-də və avqustun 15-də müdaxiləsi tamamilə qanunidir və mənşəyi qarantlıqdan alır. Türkiyə müstəqil və suveren bir dövlətin daxili işlərinə və ərazi bütövlüyünə hücum təşkil etməyib. Türkiyə iki icma arasında bərabərlik əsasında federasiya yaradılması üçün BMT çətiri altında aparılan danışıqları dəstəkləyir. Ancaq yunanlar əhali baxımından çoxluq təşkil etdiklərini iddia edərək, London və Sürix müqavilələrinə zidd hərəkət edirlər.
Adanın şimalında 1974-cü ildə Kipr Türk Federativ Dövləti yaradılıb və bu dövlətin adı 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti olaraq dəyişdirilib. Türkiyənin Kipr türklərinin hüquq və mənafelərinin müdafiəsi beynəlxalq hüquqa uyğun olaraq imzalanmış zəmanət müqaviləsi və təsis müqavilələrinə əsaslanır. Lakin Rusiya Federasiyasının Gürcüstan və Ukrayna əməliyyatları ərazinin güc yolu ilə ilhaqını qadağan edən BMT nizamnaməsinə ziddir. Rusiya administrasiyası beynəlxalq ictimaiyyətin bu məsələdə həssaslığını nəzərə almır".
"Yenidən fövqəldövlət olmaq arzusunun ardınca gedən Putin administrasiyasının bu kateqoriya fəaliyyətləri Bosniya serbləri və Belarusdan başqa slavyan dünyasında belə qəbul edilmir. Rusiya ərazi itirəcəyi refleksi ilə bir-birinin ardınca səhvlər edir. 1989-cu ildə Varşava Müqaviləsi Təşkilatının dağılması nəticəsində beynəlxalq aləmdə nüfuzunu itirən Rusiya 1991-ci ildə SSRİ-nin dağılmasından sonra daha da narahat olub. Rusiya Federasiyasını təşkil edən muxtar vilayətlərin və muxtar respublikaların da digərləri kimi bir gün nəzarətdən çıxacağını düşünən Rusiya bunun qarşısını almaq üçün aqressiv xarici siyasət yürüdür. Rusiyanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Suriya və Liviyadakı təşəbbüslərini bu cür qiymətləndirmək lazımdır.
Nəticədə Rusiyanın Donbas bölgəsindəki separatçı qurumları tanıması və bölgəyə qoşun yeritməsi heç bir halda Şimali Kipr türklərinin ədalətli mübarizəsi və Türkiyənin onlara dəstək verməsi ilə heç bir oxşarlıq daşımır. Putin beynəlxalq hüquqa zidd hərəkətlərini qanuniləşdirmək üçün həyatın reallıqlarına uyğun gəlməyən nümunələr təqdim etməyə çalışır. Nəhəng sanksiya dalğası ilə üzləşəcək Rusiya Administrasiyasının gələcəkdə də oxşar addımlar atması mümkün görünmür", – deyə mütəxəssis yekunlaşdırıb.

Siyasi       Tarix: 23 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber en son xeberler bu gun hava dunya xeberleri