Putin ELAN ETDİ: Rusiya bu bölgəyə QOŞUN YERİDİR

Putin ELAN ETDİ: Rusiya bu bölgəyə QOŞUN YERİDİRABŞ-ın geri çəkilməsi ilə Əfqanıstanda tarazlıq sürətlə dəyişib və "Taliban" bir neçə həftə ərzində yüzlərlə bölgəni ələ keçirib.
Publika.az xəbər verir ki, təşkilat fərqli ölkələrə açılan sərhəd qapılarına da nəzarət edir.
Özbəkistan və Tacikistan sərhədindəki bütün bölgələri ələ keçirən "Taliban"ın Hayratan Sərhəd Qapısını mühasirəyə aldığı bildirilir. Bunun yeni bir vətəndaş müharibəsinə sürüklənəcəyindən qorxan qonşu ölkələr həyəcan vəziyyətindədir.
Putin ELAN ETDİ: Rusiya bu bölgəyə QOŞUN YERİDİRƏfqanıstanın şimal qonşuları Özbəkistan və Tacikistan müttəfiqləri Rusiya ilə sərhəddə ortaq təlimlər keçirəcək. Rusiya ordusu güc nümayişinin avqustun 5-də başlayacağını açıqlayıb. Rusiya sərhədləri xaricindəki ən böyük baza olan "201"dən yola düşəcək qoşunların hərəkəti "The Moscow Times" tərəfindən "Rus tankları Əfqanıstan sərhədinə gedir" başlığı ilə elan edilib.
Tacikistandakı "201"ci Rusiya bazasındakı "T-72" tankları və artilleriya bölmələri təxminən 200 kilometr yol qət etdikdən sonra Əfqanıstan sərhədindən 80 kilometr məsafədəki Harp Meydan təlim bazasına çatacaq. Rus ordusu ilk açıqlamasında təlimin məqsədini sərhədə soxulan silahlı dəstələrin və terrorçuların məhv edilməsi kimi qeyd edib. Ancaq cəmi iki gün sonra edilən başqa bir rəsmi açıqlama əsərin rəngini dəyişdirib.
Putin ELAN ETDİ: Rusiya bu bölgəyə QOŞUN YERİDİRRusiya Prezidenti Vladimir Putin "Su-25" döyüş təyyarələrini Əfqanıstanla sərhəddə güc nümayişinə göndərməyə qərar verib. Təlimin Özbəkistanda keçiriləcək hissəsində "Su-25" təyyarələri nümayişə çıxacaq. Rusiya ordusu Qırğızıstanda yerləşən döyüş təyyarələrinin Özbəkistandakı Termez bazasına enəcəyini açıqlayıb. Reaktivlər atacaqları raketlərlə düşmən elementlərini məhv edəcək.
Məlum olduğu kimi, Türkiyə Əfqanıstana Kabil hava limanını qorumağı təklif edib. Digər tərəfdən, Rusiya Əfqanıstan sərhəd xəttində təlimlər keçirərək ölkədəki mümkün böhrana dərhal müdaxilə etməyi planlaşdırır. Bu baxımdan Türkiyə prosesləri yaxından izləyir.
Putin ELAN ETDİ: Rusiya bu bölgəyə QOŞUN YERİDİR"Taliban"ın sözçüsü Zabihullah Mücahid "RİA Novosti"yə verdiyi müsahibədə "Tacikistan, Özbəkistan, Türkmənistan və İranla sərhədlər daxil olmaqla, Əfqanıstanın 90 faizi bizim nəzarətimizdədir", - deyib.
Əfqanıstan Müdafiə Nazirliyi "Taliban" sözçüsünün irəli sürdüyü iddianı rədd edib. Mücahid "Taliban" tərəfindən nəzarət edilən bölgələrdə İŞİD-ə güzəştə getməyəcəklərini və terror təşkilatının yenidən ölkədə aktivləşə bilməyəcəyini söyləyib.
Akqabay

Dünya       Tarix: 25 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus


yeni xeberler son xeberler azerbaycan xeberleri xabarlar dunya xeberleri maraqlı xəbərlər novruz bayramı