Putin Ərdoğanla nələri müzakirə edəcək? - Fidan AÇIQLADI
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı müzakirə ediləcək məsələlər açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" kanalına müsahibəsində danışıb.
O bildirib ki, Putinin səfəri çərçivəsində qaz məsələsi, Akkuyu atom elektrik stansiyası layihəsi, taxıl müqaviləsi, Suriya və Qəzza zolağındakı vəziyyətin müzakirəsi planlaşdırılır.
"Burada enerji məsələsi xüsusilə vacibdir. Bildiyiniz kimi, Türkiyə ilə Rusiya arasında enerji resurslarının böyük ticarəti aparılır. Eyni zamanda, Rusiya indi öz növünün ən böyüklərindən biri olan Akkuyu atom elektrik stansiyasını tikir", – deyə Fidan qeyd edib.
Fidan bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə regional hadisələrin, o cümlədən Qəzza zolağındakı müharibənin müzakirəsi planlaşdırılır.
"Taxıl müqaviləsi hər zaman gündəmimizdədir. Prezidentimiz bu məsələyə böyük önəm verir. Biz Rusiya ilə danışıqlar aparırıq. Biz hazırda bu fürsəti reallaşdırmağa çalışırıq", – deyə Türkiyə XİN rəhbəri əlavə edib.
Qeyd edək ki, türk mətbutının məlumatına görə, Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək. Rus KİV-ləri başqa tarixlərin də nəzərdən keçirildiyini bildirib. Putinin köməkçisi Yuri Uşakov açıqlayın ki, Putinin səfəri fevralda baş tutacaq.

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir