Putin hiyləgərlik edir, Trampa kələk gəlmək istəyir: ABŞ fantastik itkiləri olan Rusiyanı yenə xilas etsə

Putin hiyləgərlik edir, Trampa kələk gəlmək istəyir: ABŞ fantastik itkiləri olan Rusiyanı yenə xilas etsəAğ Ev sahibi Donald Tramp və prezident Vladimir Putin arasındakı bu qarşıdurma yalnız iki liderin siyasi-psixoloji mübarizəsi deyil, həm də qlobal güc balansının formalaşması baxımından da böyük önəm daşıyır… Bu baxımdan, 8 avqusta qədər baş verəcək hadisələr həm Ukraynadakı hərbi əməliyyatların gələcək taleyini, həm də ABŞ-Rusiya münasibətlərinin yeni istiqamətlərini müəyyən edəcək…
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ-Rusiya münasibətləri yeni gərginlik mərhələsinə keçib. Arxa planda isə Ukrayna müharibəsinin taleyi dayanır. Belə ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya savaşın dayandırılması ilə bağlı ultimatum verib. Kreml isə Ukrayna savaşının davam etdirilmısində israrlı davranmaqla yanaşı, ABŞ-a yalnız "hava atəşkəsi" ilə cavab verir. Və bu, prezident Donald Trampın tələbinə tam adekvat olmadığından ABŞ-Rusiya qarşıdurmasının daha da dərinləşmə ehtimalını artırır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə verdiyi atəşkəs barədə ultimatumun müddəti avqustun 8-də başa çatır. Həmin tarix yaxınlaşdıqca, Ağ Ev və Kreml arasında siyasi-diplomatik və hərbi-psixoloji qarşıdurma yeni müstəviyə keçir. Və bu yeni müstəvi üzrə davam edəcək fərqli mərhələ indi hər iki qarşıduran tərəf üçün əsl siyasi-psixoloji sınaq hesab olunur.
Putin hiyləgərlik edir, Trampa kələk gəlmək istəyir: ABŞ fantastik itkiləri olan Rusiyanı yenə xilas etsəMəsələ ondadır ki, Ağ Ev sahibi Donald Trampın 8 avqusta qədər "Vladimir Putin Ukraynada savaşı dayandırmasa, Rusiyanın "kölgə neft donanması"na və onun müştərilərinə qarşı yeni sanksiyalar tətbiq ediləcək" açıqlaması gündəmi silkələyərək, gərginliyi ən yüksək həddə çatdırıb. Rusiya tərəfi isə hələlik müxtəlif manipulyasiyalara üstünlük verir, Ukraynada "hava atəşkəsi" təklifini ortaya atıb. Ancaq arxa planda yalnız siyasi-diplomatik oyun deyil, həm də savaş meydanındakı mövcud situasiya dayanır. Və hər kəsə aydındır ki, Kremlin "hava atəşkəsi" Ukrayna tərəfindən ərazilərinə sarsıdıcı zərbələr endirilən Rusiyaya daha çox sərfəlidir.
Təbii ki, Ağ Evdə Ukrayna ərazisilərinin işğalını davam etdirən Rusiyanın "hava atəşkəsi" təklifi üzərindən reallaşdırmağa çalışdığı hiyləgər manipulyasiyaları və məkrli planların hədəflərini anlamamış deyillər. Ona görə də, prezident Donald Trampın Kremlə yeni üslubda nüvə mesajı verməsi əslində, qətiyyən gözlənilməz xarakter daşımır. Və bu, müəyyən mənada, Kremlin məkrli oyunlarını pozmağa yönəlmiş manevr sayılır.
Ona görə də, Rusiyaya verilmiş möhlətin sona çatacağı tarix ərəfəsində prezident Donald Trampın Ağ Evin damında gəzişərək, "nüvə raketləri üçün yer axtarıram" zarafatı sosial şəbəkələrdə geniş rezonans doğurub. Halbuki, siyasi müşahidəçilər Ağ Ev sahibinin bu zarafatının arxasında Rusiyaya qarşı ciddi xəbərdarlıq mesajının olduğuna qətiyyən şübhə etmirlər. Və ABŞ prezidenti Donald Tramp eyni zamanda, bununla həm daxili auditoriyaya, həm də beynəlxalq arenaya özünü qətiyyətli, prinsipial mövqeli lider kimi də göstərmək istəyir.
Maraqlıdır ki, Rusiyanın təklif etdiyi "güzəşt" Ağ Evdə elə bir ciddi emosiya doöurmayıb. Çünki Kremlin prezident Donald Trampın ultimatumuna qarşı "hava atəşkəsi" təklifi də məhz yalnız Rusiyanın maraqlarına uyğun şərtlərlə yüklənib. Yəni, məlumata görə, Rusiya yalnız PUA və raket hücumlarının dayandırılmasını nəzərdə tutan atəşkəs rejiminə razı ola bilər. Bu təklif ABŞ-a jest kimi təqdim olunsa da, şərt qoyulur ki, eyni öhdəliyi Ukrayna da öz üzərinə götürməlidir. Və belə anlaşılır ki, bir tərəfdən Rusiyanın raketləri tükənmək üzrədir, digər tərəfdən isə Ukraynanın zərbələri Kremli ağır duruma salır.
Putin hiyləgərlik edir, Trampa kələk gəlmək istəyir: ABŞ fantastik itkiləri olan Rusiyanı yenə xilas etsəOna görə də, bu təklifin arxasında Kremlin strateji hiyləgərliyi yatır. Rusiya hazırda cəbhədə irəlilədiyini düşünür və ümumi atəşkəsə razı olmaq niyyətində deyil. Kreml hesab edir ki, yaxın 2-3 ay ərzində Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini tam ələ keçirə bilər. Yalnız bundan sonra danışıqlar masasına oturmaq Rusiya üçün sərfəli görünür. Və həmin müddətə qədər isə Kreml Rusiyanın dərinliklərinə Ukraynanın dağıdıcı zərblərindən məhz bu məkrli təklif sayəsində yayınmağa ümid bəsləyir.
Halbuki, yaxın 3-4 ay ərzində real atəşkəs olmayacağı təqdirdə, Rusiya üçün daha ağır dönəmin başlaya biləcəyi də artıq qətiyyən şübhə doğurmur. Belə ki, Böyük Britaniya kəşfiyyatının yaydığı son məlumatlar Ukrayna savaşının real nəticələrini ortaya qoyur. Həmin məlumatlara görə, 2025-ci ilin əvvəlindən bu yana Rusiya təxminən 260 min hərbçi itirdiib. Rusiyanın ümumi canlı qüvvə itkiləri isə artıq 1 milyon nəfəri keçib. Bu rəqəmlər, Rusiyanın Finlandiya ilə apardığı müharibədəki itkiləri belə, geridə qoyur.
Digər tərəfdən, Kremlin atəşkəsdən və sülhdən israrla yayınmasının əsas səbəbi kimi, Rusiya siyasi dairələrinin prezident Donald Trampın ultimatumunu ciddiyə almaması ilə izah olunur. Rusiya siyasi dairələrində belə qənaətlər var ki, prezident Donald Tramp əvvəllər də dəfələrlə sərt bəyanatlar verib. Ancaq Ağ Ev sahibi əksər hallarda onları ya icra etməyib və ya fikrini dəyişib. Ona görə də indi Kremldə prezident Donald Trampın ultimatumunun Rusiya üçün hansısa ciddi nəticələr doğuracağına hələlik o qədər də inanmırlar.
Putin hiyləgərlik edir, Trampa kələk gəlmək istəyir: ABŞ fantastik itkiləri olan Rusiyanı yenə xilas etsəAncaq bəzi məlumatlara görə, prezident Donald Trampın sanksiya planları təkcə Rusiyaya deyil, onun əsas neft alıcılarına – Çin və Hindistana qarşı da yönəlib. Əgər, 8 avqusta qədər atəşkəs razılığı alınmasa, Ağ Ev bu ölkələrə Rusiyadan neft idxal etdiklərinə görə əlavə tariflər tətbiq edəcək. Ancaq bu planın uğuru həmin ölkələrin reaksiyasından asılı olacaq. Çin və Hindistan ABŞ-ın təzyiqlərinə müqavimət göstərərsə, prezident Donald Trampın sanksiya siyasəti istənilən effekti verməyə bilər. Əks halda isə Kreml üçün böyük iqtisadi zərbə qaçılmaz olacaq.
Hələlik isə əksər Qərb ekspertləri hesab edirlər ki, "hava atəşkəsi" təklifi Rusiyaya vaxt qazandırmaq məqsədi daşıyır. Əgər, Ukraynanın əsas hücum vasitələri – PUA-lar və raketlər susdurularsa, Rusiya ordusunun quru hücumları ilə irəliləməsi asanlaşa bilər. Nəticədə bu, Kremlə danışıqlara daha güclü mövqedən qoşulmaq üçün geniş fürsətlər yaradır. Və bu baxımdan, əgər, ABŞ bu hiyləgər təklifi qəbul etsə, onda Ukraynanın əks-hücum imkanlarını ciddi şəkildə zəiflətmiş olacaq.
Ona görə də, Ağ Ev sahibi Donald Tramp və prezident Vladimir Putin arasındakı bu qarşıdurma yalnız iki liderin siyasi-psixoloji mübarizəsi deyil, həm də qlobal güc balansının formalaşması baxımından da böyük önəm daşıyır. Hər iki tərəf öz daxili auditoriyasına mesaj verməyə çalışır, ancaq nəticələr milyonlarla insanın taleyinə birbaşa təsir göstərə bilər. Bu baxımdan, cümə gününə qədər baş verəcək hadisələr həm Ukraynadakı hərbi əməliyyatların, həm də ABŞ-Rusiya münasibətlərinin yeni istiqamətlərini müəyyən edəcək.

Siyasi       Tarix: 07 avqust 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı sonxabar sonxeber hava haqqinda