Putin koronavirusla mübarizə ilə bağlı göstərişlər verdi
Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı bir sıra göstərişlər verib. Putinin göstərişləri Kremlin saytında dərc olunub.
Məlumata əsasən, Putin regional rəhbərlərə gecə əyləncə tədbirlərinin keçirilməsini qadağan etməyi tapşırıb. Bildirilir ki, yeni qaydalara əsasən, ictimai iaşə xidmətləri 23:00-dan 06:00 qədər fəaliyyət göstərməməlidir.
Bununla yanaşı, Rusiya Prezidenti regionların qubernatorları və müəssisə rəhbərlərinə əməkdaşları koronavirusa qarşı peyvənd olunması halında iki günlük işdən möhlət vermələri tapşırılıb. Sözügedən günlər üçün əməkdaşların əmək haqları saxlanılacaq. Həmçinin Putin 60 yaşdan yuxarı olan və xroniki xəstəliyi olan əməkdaşların koronavirusa qarşı peyvənd olunmaları və immunitetin yaranması üçün 4 həftəlik distant iş rejiminə keçirmələri barədə tapşırıq verib.
Eyni zamanda, Rusiya prezidenti ölkədə koronavirus testlərinin əhatə dairəsinin artırılması ilə bağlı göstərişlər verib. Bununla yanaşı, Putinin tapşırıqları əsasında, koronavirus xəstələrinin stasionar müalicəsi üçün tələb olunan bahalı dərmanlar alınaraq bölgələrə çatdırılacaq.
Qeyd edək ki, Rusiyada ötən sutka ərzində 37 930 yeni yoluxma halı qeydə alınıb ki, bu da rekord göstəricidir. /publika.az
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm