Putin: "Minsk qrupu formatını bir az dəyişmək olar"
Rusiya Qarabağda tənzimləməyə görə öz üzərində xüsusi məsuliyyət hiss edir, lakin ona dəstək lazımdır, o cümlədən ABŞ və Fransa tərəfindən.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin "Valday" diskussiya klubunun iclasında ATƏT-in Minsk Qrupunun formatını dəyişməyin lazım olub-olmadığı barədə suala cavab verərkən deyib.
"Təəssüf ki, məndə sizin sualınıza cavab yoxdur. Bir sıra obyektiv səbəblər var - biz başa düşürük ki, Rusiya yaxındadır, onlar bizim qonşularımızdır, bu ölkələr və xalqlarla xüsusi münasibətlərimiz var. Çox böyük təsirimiz var",- Putin deyib.
O vurğulayıb ki, Rusiyanın Azərbaycan və Ermənistanla əlaqələri bu ölkələrin ABŞ və Türkiyə münasibətindən çox fərqlənir. "Ona görə də, əlbəttə, biz öz üzərimizdə xüsusi məsuliyyət hiss edirik və bununla bağlı özümü həssas şəkildə aparmalıyıq. Lakin bu kontekstdə bizim üçün həm Birləşmiş Ştatlar, həm Fransa, həm də qrupun digər iştirakçıları tərəfindən dəstək çox vacibdir",- Putin qeyd edib.
"Bununla bağlı nəyisə dəyişmək lazımdırmı? Mən bilmirəm. Bəlkə də formatı necəsə bir az dəyişmək olar", - RF Prezidenti bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür