Putin: "Qarabağ münaqişəsinin uzunmüddətli həlli üçün tərəflər arasında maraqlar balansı tapılmalıdır"- VİDEO
Putin: "Qarabağ münaqişəsinin uzunmüddətli həlli üçün tərəflər arasında maraqlar balansı tapılmalıdır"- VİDEO
"Dağlıq Qarabağda uzunmüddətli nizamlanma yalnız Azərbaycan və Ermənistan arasında maraqlar balansına riayət olunmaqla mümkündür".
"İnterfaks"ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "VTB Kapital"ın "Rusiya çağırır!" investisiya forumunun plenar iclasında deyib.
"Uzun müddətli həll (Dağlıq Qarabağda) nədə və ya haradadır? Mən indi sizin sualınızın əsl mahiyyətə gəlirəm. Hər iki tərəfi razı salan maraqlar balansını tapmaq üçün bizim sonsuz hörmətlə yanaşdığımız Azərbaycan xalqı kimi, erməni xalqının maraqları da nəzərə alınmalıdır.
Artıq üç onillikdir ki, davam edən bu münaqişə hər iki tərəfə effektiv şəkildə inkişaf etməyə imkan vermir", - deyə Putin bildirib.
O qeyd edib ki, birinci mərhələdə hərbi əməliyyatları dayandırmaq, insan ölümünə son qoymaq və danışıqlar masası arxasına oturmaq lazımdır.
"Minsk qrupu və onun həmsədrləri - Rusiya, ABŞ və Fransa tərəfindən hazırlanmış təkliflər əsasında, Minsk qrupunun digər iştirakçılarının, o cümlədən Türkiyənin iştirakı ilə birgə iş əsasında konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar", - deyə Putin bildirib.
/oxu.az
f Paylaş
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."