"Putin qəfildən Ermənistanı sərt cəzalandıracaq" - Vardanyan
"Rusiya Prezidenti Vladimir Putin bir gün qəfildən Ermənistana qarşı sərt tədbirə əl ata, bizi cəzalandıra bilər".
KONKRET.az xəbər verir ki, bunu erməni yazıçı Karo Vardanyan deyib.
Yazıçı Ermənistan rəhbərliyinin planlı şəkildə Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmağa çalışdığını iddia edib:
"Nə etdiklərini çox gözəl dərk edirlər. Ermənistandakı siyasi əhval-ruhiyyəni həmişəkindən də yaxşı idarə edə bilirlər. Əminliklə deyə bilərəm ki, bunu ən yuxarıda oturan (Paşinyan) təhrik edir. Anti-Rusiya alovu ilə oynamaq bizə yaxşı heç nə verməyəcək. Hətta iş o yerə çatıb ki, hansısa pranker (hakim partiyanın deputatı Qaqik Melkonyan) Putini həbs etməyə çağırır. Biz hələ də kağız üzərində dövlət sayılırıq. İndi ruslar bu qədər təhqirə nə vaxta qədər dözəcəklər? Bu, çox təhlükəli macəradır.
İndi Rusiya boğazına qədər problemin içindədir, bütün Qərbə qarşı cəbhə açıb. Biz isə heç kimin işinin olmadığını düşünürük, bəlkə də Putinin üç gündən bir beş dəqiqə Ermənistan haqda düşünməyə vaxtı ola, ya olmaya. Amma bir gün o, (Putin) qəfildən hansısa sərt tədbirlərə əl ata, bizi cəzalandıra bilər. Bəs onda özümüzü necə müdafiə edəcəyik?".
Vardanyan Ermənistanın Rusiyanın qarşısını alacaq səviyyədə olmadığını vurğulayıb./Teleqraf
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir