Putin rusların dəstəyini itirdi – Şok rəqəmlər
"Rusiya prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra rusların əksəriyyətinin dəstəyini itirib".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Abbas Qalyamov deyib.
"Demək olar ki, əsrin dörddə biri ərzində Putin rusiyalıların əksəriyyətinə nəzarət edirdi. İndi vəziyyət o həddə çatıb ki, 2018-ci ildən o bu əksəriyyəti itirir. İctimai Rəyin Öyrənilməsi Fondunun 2015-ci ildə keçirdiyi sorğuya əsasən, Putinin reytinqi 76 faiz təşkil edirdi. 2020-ci ilin yanvarından bu rəqəm 45 faizə düşdü. 76 və 45 rəqəmləri arasında fərq çox böyükdür. 2020-ci ilin yanvarından sonra utanc halından çəkinərək sorğuların nəticələrini elan etməyi dayandırdılar", – deyə Qalyamov bildirib.
Politoloqun sözlərinə görə, rusiyalıların dəstəyini itirdiyi üçün Putinin hakimiyyətini itirə biləcəyi sualı ortaya çıxıb:
"Və buna görə də müharibənin köməyi ilə Krım hiyləsini təkrarlamağa, siyasi mövqeyini daxildə möhkəmləndirməyə çalışdı. Lakin ikinci dəfə zarafat uğursuzluğa düçar oldu".

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi