Putin ŞAXTA BABA olmayacaq: Rusiyanın TALEYİ Zelenskinin əlindədir - TƏHLİL

Putin ŞAXTA BABA olmayacaq: Rusiyanın TALEYİ Zelenskinin əlindədir - TƏHLİLƏslində 70 yaşını qeyd edən Putin xalqının Yeni il bayramında şaxta baba funksiyasını daşıya bilərdi. Çünki sanksiyalarla üzləşmiş Rusiya əhli Laplandiyadan xarici hədiyyələr gözləyir. Buna ehtiyacları var. Sadəcə, Rusiyada Yeni il qeyd olunsaydı belə, ruslar "importnu" mal görməyəcəkdilər. Çünki Baydenin timsalında Santa Klausun Putin "Ded Moroz"u ilə arası dəyib. Adətən bu iki qış müjdəçisinin inciklik səbəbi Qar qız olardı. Bu dəfə isə Zelenskidir.
KONKRET.az xəbər verir ki, Rusiyanın taleyi Zelenskinin əlində olan kimi görünür. Sanki Vladimir Kremlinin gündəmini Kiyevli Volodimir müəyyənləşdirir:
– Avropa-Rusiya əməkdaşlığı minimumdadır;
– Rusiyaya qarşı sanksiyalar dayanmır;
– Kreml taxıl və qaz ixracı üçün Türkiyədən asılıdır;
– Putin G-20 kimi sammitlərə qatılmaqdan çəkinir;
– Rusiyada yaşayanların sosial durumu çətinləşir;
– Qiymətlər bahalaşır;
– Son məğlubiyyətlər Putin hökuməti, əsasən də müdafiə sisteminin yeyinti yuvası olduğu şübhələrini artırıb;
– Ən böyük ölkənin Putinin "kruq"u tərəfindən talandığı barədə xəbərlər yayılmaqdadır;
– Qadınlar kişi azlığına görə Putinə etiraz edir və onu rus soyqırımında günahlandırır;
– Səfərbərliyə görə ölkədən qaçanlar çoxalıb;
Görün Zelenski nələri bacardı? Axı əvvəl Rusiyada yaşayanlar az qala Putini bütləşdirirdi. Düzü, Ukrayna liderini qəhrəmanlaşdırmaq niyyətimiz yoxdur, çünki orada da insanlar ölür. Həm də Qərbin Rusiyanı sanksiya və savaş təsbehi ilə sındırması təkcə Zelenskiyə görə deyil. Navalni gərək həbs olunmazdı. Hər halda massonlar Navalninin hakimiyyətə gəlməsinin Yeltsin-Putin əvəzetməsi kimi asan olacağını zənn edirdilər. Çünki 12-13 il əvvəl onlar Putini də dəstəkləyirdilər. Hər nə isə, bu başqa mövzudur. Əsas odur ki, Rusiya Yeni il sovqatı görməyəcək, heç qış bayramını da keçirə bilməyəcək. Kiminsə ağlına gələrdi ki, ən gözəl Yeni il bayramlarının keçirildiyi şəhərlərdən olan Moskvada şaxta olsa da, babası olmayacaq, qar olsa da, qızı olmayacaq?
– Atəşfəşanlıq olmayacaq;
– Yeni il dekorasiyalarına çox diqqət ayrılmayacaq;
Hər halda məhdudiyyətlər diyarlara görə dəyişəcək. Elə bölgələr var ki, bayramdan ümumən imtina edir. Kreml də Yeni ilə ayrılan pulu Ukraynadakı müharibəyə xərcləmək fikrindədir. Amma Rusiyanın ermənipərəst telekanallarında, yəni, demək olar ki, bütün Rusiya efirində yeni il şouları olacaq. Halbuki Rusiyanın Ukraynada 83 min hərbçi itirdiyi deyilir. Söhbət ondan gedir ki, bu gedişlə qış atəşkəsinə nail olunmasa, müharibə bayram tanımayacaq. Yəni cəbhənin o tayında rus əsgərlər öləndə, bu tayındakı ruslar "çastuşka"ya şıllaq atacaqlar. Başqa vaxt mədəniyyətdən danışırlar. Bayram kimi qara bayram, yas-matəm mədəniyyətinin olduğundan xəbərsizdirlər.
Ümumiyyətlə, siyasi prosesləri təhlil edəndə dünyadakı yenilənmə duyulur. Çünki indiyə kimi "Kaşşey bezsmertnı" saydıqlarımızın ləhləməyin görürük. Doğrudan da 2022-nin pələngi 2023-ün dovşanını müəyyənləşdirmək üzrədir. 2023 isə sözün hər mənasında yeni il olacaq.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 19 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber novruz bayramı cəbhədən son vəziyyət valyuta mezennesi