Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
Rusiya Prezidenti Vladimir Putin sülhməramlıları məişət zəminində münaqişlərə yol verməmək üçün Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında əlaqəni yoluna qoymağa çağırıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Erməni birləşmələrinin bir sıra rayonlardan, o cümlədən Ağdam və Laçından çıxmasından sonra orada dinc erməni əhalisi qalacaq. Aydındır ki, sülhməramlılarımız ayrılma xəttində dayanır", - deyə V.Putin bildirib.
O, qeyd edib ki, sülməramlılarla həm Azərbaycan, həm də erməni tərəfi arasında yaranmış xoş münasibətdən xəbərdardır.
"Ermənistan ordusunun boşaltdığı yerləri tutan insanlar - bəli, əlbəttə, bunlar münaqişə tərəfləridir, amma münaqişə bitdi. Axı bunlar mədəni insanlardır və bilirəm ki, əhval-ruhiyyələri ümumiyyətlə xeyirxahdır. Ancaq hər iki tərəflə - bu halda Azərbaycan tərəfi ilə əlaqə qurmaq lazımdır ki, azad edilmiş rayonlarda vəziyyət stabil olsun və hər iki millətin insanlarının məişət zəminində heç bir qarşıdurma olmadan birlikdə yaşamalarına şərait yaradacaq şəkildə olsun", - deyə V.Putin bildirib.
"Əlbəttə ki, bu artıq sözün tam mənasında Azərbaycan tərəfinin məsuliyyətidir. Ancaq mən Azərbaycan Prezidentinin yanaşmasını bilirəm – o, gələcək işin təşkilinə məhz bu şəkildə və bu cür mövqedən yanaşır", - deyə V.Putin əlavə edib.
/oxu.az
f PaylaşUstalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."