Putin və Ərdoğan telefonla danışdı: İdlib müzakirəsi...
Rusiya və Türkiyə prezidentləri telefon əlaqəsi saxlayaraq İdlibdəki razılaşmaların hansı formada həyata keçiriləcəyini müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Putin və Ərdoğan arasındakı İdlib mövzusu ilə bağlı razılaşmalara sadiqik. Terrorçularla müxalif qüvvələrin bir-birindən ayrılması ümumi məqsədimiz sayılmalıdır. Bu məqsədə çatmaq üçün nə edəcəyimizi müəyyənləşdirmək əsas prioritetimiz olmalıdır. Türk ordusu ilə təmaslar hər gün davam edir", – Lavrov bildirib.
Rusiyalı nazir qeyd edib ki, dünənki koordinasiya məlumatları Suriya ordusuna ötürülmüşdü:
"Vurulan türk qoşunları haqqında məlumat yox idi. Baş verənlər İdlib razılaşmasının bizim tərəfimizdən pozulması deyil. Türkiyəyə başsağlığı diləklərimizi çatdırırıq. İdlibdə gərginliyi azaltmaq üçün bölgədə fəaliyyət göstərən türk əsgərlərinin təhlükəsizliyi üçün işlərimizi davam etdirəcəyik.
Rusiya və Türkiyə nümayəndə heyəti görüşlərini bu gün də davam etdirəcəklər. Aşılmaz maneələrin olduğunu düşünmürəm. İdliblə bağlı koordinasiya yaratmaq üçün danışıqlara hazırıq". /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək