Putindən KƏSKİN SÖZLƏR: Kremlin cavabı fərqli olacaq
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ və NATO Moskvaya təhlükəsizlik zəmanəti verməkdən imtina edərsə, Kremlin cavabı çox fərqli ola bilər.
Publika.az xəbər verir ki, Rusiya lideri bu barədə "Rossiya-1" kanalında yayımlanan "Moskva. Kreml. Putin" verilişində danışıb.
Vladimir Putin Kremlin cavabının rus hərbi ekspertlərin verəcəyi təkliflərdən asılı olduğunu bildirib.
Putin vurğulayıb ki, Rusiya ABŞ və NATO-ya öz təkliflərini "nəyisə ört-basdır etmək və dayandırmaq" üçün deyil, diplomatik danışıqlarda qanunla təsbit olunmuş nəticəyə nail olmaq üçün irəli sürüb. "Biz bunun üçün çalışacağıq. Rusiyanın NATO-nun daha da Şərqə doğru genişlənməsinə reaksiyası çox fərqli ola bilər" - Putin əlavə edib.
Qeyd edək ki, dekabrın 15-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında sazişin və Rusiya Federasiyasının və NATO-ya üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında sazişin layihələrini Amerika tərəfinə təhvil verib. Sənəddə xüsusilə qeyd olunur ki, ABŞ NATO üzvü olmayan keçmiş SSRİ ölkələrinin ərazilərində hərbi bazalar yaratmamalıdır. ABŞ həmçinin öz infrastrukturundan hərbi fəaliyyət üçün istifadə etməməli və onunla ikitərəfli hərbi əməkdaşlığı inkişaf etdirməlidir. Sənədə əsasən, NATO ölkələri Ukrayna ərazisində, eləcə də Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın digər dövlətlərində hər hansı hərbi fəaliyyətdən çəkinməlidir.
Akqabay
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var