Putindən MÜHARİBƏ ANONSU: Onlar bizi həyasızcasına aldatdı
Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvada keçirdiyi illik mətbuat konfransında Rusiyanın Ukraynaya hücum ehtimalını dəyərləndirib.
Publika.az xəbər verir ki, "Ukraynaya və ya başqa bir suveren ölkəyə hücum etməyəcəyinizə zəmanət verə bilərsinizmi, yoxsa bu, Rusiya ilə ABŞ və NATO arasında müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlardan asılı olacaq" sualına Rusiya lideri belə cavab verib:
"Bizim hərəkətlərimiz danışıqların gedişatından deyil, Rusiyanın bu gün və tarix boyu təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq. Bu kontekstdə biz NATO-nun şərqə doğru irəliləməsinin qəbuledilməz olduğunu hərtərəfli izah etdik. Burada aydın olmayan nə var? Bizmi ABŞ-ın sərhədlərinə yaxın raketlər yerləşdiririk? Xeyr. Amerika öz raketləri ilə evimizə gəlib. Bu raketlər indi evimizin astanasındadır. Hücum raketlərinin evimizin yaxınlığında yerləşdirilməməsini tələb etmək gərəksiz tələbdirmi? Burada qeyri-adi nə var?"
"Biz raketlərimizi Kanada ilə ABŞ, ABŞ və Meksika arasındakı sərhədə yerləşdirsəydik, ABŞ necə reaksiya verərdi? Meksika ilə ABŞ arasında ərazi problemi yox idimi? Məgər, əvvəllər Kaliforniya, Texas kimə məxsus idi? Bunu unutmusunuz?", - deyə Putin sözlərinə davam edib.
Ukraynanın necə yaradıldığını unutmadıqlarını bildirən Putin, "Vladimir Lenin Sovet İttifaqını yaradanda Ukraynanı yaratdı" - deyə qeyd edib.
Rusiya və ABŞ ilə NATO arasında gedən danışıqların nəticələrinin onlar üçün gedişin deyil, nəticənin mühüm olduğunu vurğulayan Rusiya Prezidenti əlavə edib ki, NATO onlara 90-cı illərdə şərqə doğru hərəkət etməyəcəyinə söz verib.
"Bizi həyasızcasına aldatdılar. İndi NATO 5 dəfə genişlənib. İndi Rumıniya və Polşada raketlər yerləşdirilib. Biz heç kimi təhdid etmirik. Biz ABŞ və ya İngiltərə sərhədlərinə getmişik? Bizə gəliblər. İndi deyirlər ki, Ukrayna da NATO-ya daxil olacaq. Sonra Ukraynada da oxşar sistemlər olacaq, ya da iki səviyyəli bazalar və hücum sistemləri orada yerləşdiriləcək. Siz bizdən zəmanət istəyirsiniz. Ancaq siz bizə dərhal zəmanət verməlisiniz", - Putin sözlərini belə yekunlaşdırıb.
Akqabay

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var