Putinə bir kəlmə də deməyə cəsarət etmirlər - Burcanadze
"Gürcü Arzusu" Rusiya qarşısında konkret siyasi öhdəlikləri olan bir şəxsin rəhbərlik etdiyi siyasi qüvvədir – bu hakimiyyət nə Medvedyevə, nə də Putinə bir kəlmə də olsa deməyə cəsarət etmir.
KONKRET.az xəbər verir ki, bu sözləri Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze deyib.
Onun sözlərinə görə, hökumət Gürcüstanın milli maraqlarına zidd olan bütün addımları atır:
"Hakimiyyət sözdə qərbyönümlüdür. O, həm də NATO və Avropa Birliyinə daxil olmaq istədiyini deyir, amma praktikada hökumətin Gürcüstanı Qərbə yaxınlaşdırmaqla yanaşı, həm də ondan uzaqlaşdıran hər addımı atanda tamam başqa reallıq görürük. Hər bir addım Gürcüstanın milli maraqlarına zidd olaraq atılır".
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin "VKontakte" sosial şəbəkəsində Gürcüstan Rusiyanın tarixi hissəsi kimi qeyd olunub.
Xidmetler [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?