Putinin "böyük müharibə" blefi: ruslar "Bayraktar"a qarşı döyüşə bilmir
PUA-lara görə xüsusi müşavirə keçirən Putin "bunun qarşısını almağın yollarını öyrəndik" deyir.
Rusiya Qarabağ müharibəsində rus silahlarının PUA-lar qarşısında aciz qalmasından sonra bu sahəyə xüsusi diqqət ayırmağa başladı. Lakin indi Moskvanı narahat edən Ukraynanın Donbasda separatçılara qarşı "Bayraktar" tətbiq etməsidir: Kiyev Qarabağ müharibəsi taktikasından istifadə edəcəksə, bu, separatçılar üçün çətin olacaq.
Moskva anlayır ki, separatçıları "Bayraktar"lardan qoruya bilməyəcək. Mövcud vəziyyətdə genişmiqyaslı müharibə də ruslara yeni sanksiyalarla üzləşmək, xüsusilə "Şimal axını-2" layihəsinin önünün kəsilməsi riskinə görə sərf etmir. Bu baxımdan, Ukrayna sərhədinə qoşun toplamaqla Kiyevi və ABŞ-ı separatçılara qarşı əməliyyatdan çəkindirmək gedişi edir: kiçik müharibəyə qarşı "böyük müharibə" blefi;
Putinin müşavirə keçirməsi də əslində Rusiyanın "Bayraktar"larla necə mübarizə aparacağını bilmədiyini göstərir.
Asif /publika.az

İranda azərbaycanlı mollaların müəmmalı ölümləri baş verir - Qumda yaşanan olaylar zənciri
Şahbaz Şərif: "Dünya sülhə heç vaxt indiki qədər yaxın olmayıb"
İran XİN başçısı: "ABŞ ilə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq"
Qadağan olunmuş məlumatları "TikTok"da yayan şəxs həbs olundu
Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Pensiyaçılara şad xəbər
12 iyun üçün rəsmi məzənnələr məlum oldu
Çexiya millisi 20 ildən sonra DÇ-də qol vurdu
"Heydər Əliyev yolu Azərbaycanın uğur yoludur
DÇ-2026: Daha 2 maraqlı oyun baş tutacaq
MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi
Nərimanovda premium təmirli mənzillər: "City Garden Narimanov" mənzil fürsətləri təqdim edir
Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama
Qara qızıl ucuzlaşdı