Putinin FACİƏSİ: Qafqaz əldən çıxdı, Ukrayna isə...
Vladimir Putin Ukraynanı ələ keçirməyə çox həvəslidir. Lakin hərbi əməliyyatların riski olduqca yüksəkdir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış ukraynalı jurnalist Dmitri Qordon deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə getməyəcək:
"Belə addımın nəticələri Rusiya üçün ağır ola bilər. Birincisi, Rusiyaya əsgər tabutlarının axını başlayacaq. İkincisi də Rusiyaya qarşı sarsıdıcı sanksiyalar qaçılmaz olacaq. Ən əsası da Ukrayna ciddi müqavimət göstərəcək. 2014-cü il ssenarisi təkrarlanmayacaq. Rusiyalı əsgərlər həlak olacaq. Putin bu uşaqların analarına necə izah edəcək ki, onlar özgə torpağında öldülər?" - deyə Qordon bildirib.
Jurnalist əmindir ki, məhz hərbi münaqişə ssenarisində Putinin reytinqi və imicinə sarsıdıcı zərbə dəyəcək, həmçinin ciddi iqtisadi itkiləri olacaq:
"Putinin Ukraynanı ələ keçirmək tamahı çox böyükdür. Bunun iki səbəbi var: Yeni SSRİ xəyalları və işğal edilmiş Krımda su problemi... Putin həyatının ən böyük faciəsindən – SSRİ-nin dağılmasından narahatdır. O anlayır ki, Baltikyanı və Qafqaz artıq qayıtmayacaq. Amma Ukrayna, Belarus və Moldova yenidən birləşsəydi, "rus dünyası"nın bərpası üçün pis olmazdı. Bax bu, həmişə Putinin beynində "qanayır".
Qordon əlavə edir ki, risklər Putini hücumdan çəkindirəcək:
"İndi bura gəlmək "harakiri" (və ya xarakiri - yapon döyüşçüsünün intihar ənənəsi) etmək deməkdir. "Siyasi harakiri"...

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək