Putinin Gürcüstana "TƏŞƏKKÜRÜ" – Yaxud Azərbaycandakı "rusbaşlar"a Osetiya "şapalağı"

Putinin Gürcüstana İyulun 17-də Gürcüstan ərazisindəki separatçı Cənubi Osetiyanın Rusiyaya birləşməsinə dair referendum təyin olunub. Rəsmi məlumatda deyilir ki, separatçıların hazırkı başçısı Anatoli Bibilovun təşəbbüsü və əhalinin istəyilə həmin tarixdə referendum keçiriləcək. Hər kəsə bəllidir ki, postsovet ölkələrindəki bu növbəti referendum oyununun sifarişi Moskvadan gəlib…
Ancaq nədənsə, bu xəbərə bizim cəmiyyətdə və mətbuatda layiq olduğu diqqət yetirilmədi. Sanki bu hadisənin Azərbaycana yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur. Baxmayaraq ki, reallıqda bu referendum təxribatı bütün postsovet məkanında separatizmin yaradıcısı və ən əsas dayağı olan Rusiyanın işğalçılıq siyasətinin "rəsmiləşdirilməsinin" növbəti mərhələsinin başlaması anlamını daşıyır…
Xatırladaq ki, Gürcüstanın hazırkı hökuməti Ukraynaya qarşı işğalçılıq müharibəsi başlanan gündən Rusiyanın və Putinin xoşuna gəlmək, ona qarşı sanksiyalara "sinə gərmək" üçün dəridən-qabıqdan çıxır.
Hətta bu zaman Rusiyaya göstərdiyi "podxalimlik" dozasını o qədər yüksək edib ki, Ukrayna tərəfi dəfələrlə rəsmi şəxslər, hətta Prezident səviyyəsində Gürcüstana etirazını bildirib və Tbilisidəki səfirini geri çağırıb. 
Eyni zamanda Qərb dairələri Gürcüstanı buna görə sərt tənqid ediblər. Məsələn, bir neçə gün öncə ABŞ-lı məşhur diplomat, Vaşinqtonun Ukraynadakı sabiq xüsusi nümayəndəsi Kurt Uolker açıq şəkildə bəyan edib ki, artıq Gürcüstan Cənubi Qafqazda Avropa İttifaqına və NATO-ya münasibətdə ən real lider namizəd ölkə statusunu itirib:
"Bir neçə il əvvəl biz hesab edirdik ki, Gürcüstan NATO-ya, hətta Avropa İttifaqına digərlərindən daha çox hazırdır. Lakin indi hamı görür ki, Gürcüstan, "demokratiyası geriyə addım atmış" bir ölkədir".
Eyni mövqe digər nüfuzlu Avropa və Qərb siyasətçilərinin də dilindən eşidilir. Lakin Rusiya ilə bağlılığı şübhə doğurmayan milyarder Bidzina İvanişvilinin himayə etdiyi hazırkı hökumət Rusiyameylli kursundan əl çəkmir. Əksinə, Rusiyanın sanksiyalardan zərər görməməsi, yayınması üçün hər cür vasitəyə əl atır, öz ərazisini Moskvaya lazım olan hər cür imkanlara açıq edir və sair.
Putinin Gürcüstana Bu gün İvanişvili hökumətinin sayəsində Gürcüstan sanksiyalarla üz-üzə qalan rusların dincəlməsi üçün turizm adı altında ucuz yeməkxana və yataqxana rolu oynayır. Bununla da azadlıqsevər və daxilən Ukrayna xalqının haqq mübarizəsini dəstəkləyən Gürcüstan əhalisinin böyük qisminin mənəviyyatı, iradəsi sındırılır, heçə sayılır, adı batırılır. 
Saakaşvili dönəmindən başlayaraq postsovet ölkələri üçün az qala demokratiya və inkişaf nümunəsi kimi göstərilən Gürcüstan Rusiyaya münasibətdə bu gün Ermənistanın bir tayına çevrilərək, olduqca miskin təsir bağışlamağa başlayıb. Bunun qarşılığında nə qazandığı isə qaranlıq olaraq qalır…
Demək istədiyimiz odur ki, Gürcüstan Moskvanın, Putinin xoşuna gəlmək, onu qəzəbləndirməmək, hər cür nazı ilə oynamaq xatirinə çox şeyindən keçib. O cümlədən də dövlət, xalq kimi indiyə qədər malik olduğu müsbət adından və imicindən. Bunun əvəzində Kremldən nə gözləyirdi? Yəqin ki, loyal münasibət, Gürcüstanı işğal planlarından əl çəkməsini, Cənubi Osetiya və Abxaziya münaqişələrinə konstruktiv yanaşmasını, Gürcüstanın ərazi bütövlüyünə qismən də olsa hörmət qoyulmasını və sair. Bəs, reallıqda nə görür – separatçı Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsinə dair referendum!
Bu, o deməkdir ki, Putin Gürcüstan hökumətinə də, onun ərazi bütövlüyünə də heç tüpürmək belə istəmir! Bəli, Rusiya qarşısında "quyruq bulamağın" sonu budur!
Rusiya bununla göstərdi ki, siz nə qədər onun xoşuna gəlməyə çalışsanız, ondan nə qədər "malades" qazansanız, milli maraqlarınızı ona peşkəş belə etsəniz, bütün bunlar onun işğalçılıq və imperiya planlarına, niyyətlərinə zərrə qədər də təsir etmir!
Biabırçı və saxta "rusdilli əhalini faşistlərdən xilas etmək" bəhanəsi ilə Ukraynaya girən, orada gözləmədiyi müqavimətlə üzləşərək, əsl mənada bataqlığa düşən və indi bu bataqlıqdan çıxmaq üçün yollar axtaran, çarəsiz və rəzil durma düşən bu dövlət bu "soxhasox"da yenə Qafqazdan əl çəkmir. Rusiyanın gerbindəki ikibaşlı əcaib quşun heydən düşmüş qanlı caynaqları yenə Qafqaza doğru uzanır və bu "quş" ölən gününə qədər də belə edəcək…
Rusiyanın Ukraynadakı savaş fonunda separatçı Cənubi Osetiyada Gürcüstan ərazisinin ilhaqına hesablanmış referendum qərarı bizdəki "rusbaşlar" üçün də ibrətamiz nümunədir.
 Onların bu baş verənləri anlayacaq qədər beyinlərinin olub-olmadığı isə başqa söhbətin mövzusudur. Sabah bu adamlar durub Gürcüstan ərazisinin belə saxta və beynəlxalq hüquqa zidd yollarla ilhaqına yönəlmiş referendum oyununu dəstəkləsələr, buna qətiyyən təəccüb etməyə dəyməz.
Çünki ya qulluq etdikləri mərkəzin verdiyi tapşırıq belədir, ya da beyinlərinə hopmuş rus, sovet, "derjava", "iki manat iyirmi qəpiklik kolbasa" sevgisi gözlərini kor edib…
Putinin Gürcüstana Bu gün Rusiyanın Qarabağda əl atdığı çirkin oyunlardan biri orada saxta "Rus icması" yaratmaq cəhdləridir. Baxmayaraq ki, Qarabağda heç vaxt nəinki icma yaradacaq, heç bir "ayıltma məntəqəsi"ni dolduracaq, yaxud bir "çastuşka ansamblı" yaradacaq qədər rus yaşamayıb!
Əlbəttə ki, Qarabağda Osetiyadakı çirkin referendum ssenarisini işə salmaq və gerçəkləşdirmək Rusiya və Ermənistan üçün asan olmayacaq. Azərbaycanın bunun qarşısını almaq üçün öz siyasi və hərbi gücü, iradəsi, hüquqi əsasları və Türkiyə kimi dayağı var. Lakin belə bir ssenarinin gələcəkdə gündəmə atılacağını tam istisna etmək də olmaz. Çünki beynəlxalq aləmdə tarazlıq olduqca sürətlə pozulur, prioritetlər dəyişir, radikal və gözlənilməz qərarlar verilir və sair.
Məhz buna görə Qarabağdakı ermənilərə hər hansı bir cüzi müstəqillik əlamətləri olan hətta mədəni muxtariyyətin belə verilməsi təhlükəli və qətiyyən qəbuledilməzdir. Çünki gələcəkdə məlum dairələrin bu zəif yerə barmağını keçirib min cür təxribata əl atmaq imkanı yarana bilər.
Eyni zamanda Qarabağın rus-erməni hərbi qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimiz də daxil olmaqla, Azərbaycan ərazilərində rus dilinin de-fakto ikinci dil statusu daşımasına, ermənilərə Rusiya vətəndaşlığı verilməsinə, məlum ərazidə rus hərbi kontingentinin dayanıqlı və davamlı mövcudluğuna imkan yaradan hər hansı addıma, fəaliyyətə imkan verilməməlidir.
Unutmayaq ki, rus qoşununun Qarabağda qalma müddəti 5 ildir və bu müddət uzadıla yox, yalnız qısaldıla bilər…
Cəlal (Elxan) Məmmədov,
"AzPolitika.info"
/konkret.az

Siyasi     Baxılıb: 400   Tarix: 15 may 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan və Aİ regional marşrutları müzakirə edir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. APA-ya istinadən xəbər verir ki, bu barədə Təhlükəsizli

Arzu Əliyeva da Çindədir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə yanaşı onların qızı Arzu Əliyeva da Çinə gedib. xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında foto paylaşıb

Paşinyan Zəngəzur dəhlizinin adını dəyişdi — Detallar 

Ermənistanın Baş naziri Nikol Paşinyan "İctimai Radio"ya müsahibə verib. . -a istinadən xəbər verir ki, Paşinyanın müsahibə zamanı Zəngəzur dəhlizi ilə bağlı suala cavabı maraqla qarşılanıb. Jurnalist soruşub: Ermənista

Ərdoğanla Zelenski danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, görüşdə Türkiyə-Ukrayna münasibətləri

Heyrətamiz gəlişmə: Kreml nümayəndəsi Azərbaycana barışıq mesajı göndərdi

Rusiya Prezidenti yanında beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndə Mixail Şvıdkoy Yaponiyaya səfəri zamanı rus jurnalistləri ilə söhbətində Azərbaycanla bağlı diqqətçəkən açıqlama verib. -a istinadən xəbər verir ki, Rusiy

Məhkəmədə Ermənistanın işğal siyasəti sübutlarla təsdiqləndi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydaların

Ermənistan bu kəndləri dəyişməyi təklif edə bilər — AÇIQLAMA

Tarixi baxımdan Başkənd azərbaycanlıların ərazisidir və orada yaşayanlar yalnız Azərbaycan türkləri olub. Yalnız XIX əsrin 60-cı illərinə doğru Qarabağdan və Ermənistanın sonradan Şəmsəddin rayonu adlandırılacaq ərazidə

Əliyevin siyasi lüğətinə yeni ifadə daxil oldu – İlk dəfə ona dedi

Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə İranla münasibətlər və Prezident Məsud Pezeşkian barədə səsləndirdiyi fikirlər diqqət çəkir. Onun İranın Prezident Administrasiyasını

Paşinyan DANIŞDI: Bakı ilə sülh məsələləri

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan ilə Azərbaycan arasında sülhün təmin olunması tərəflər arasında bütün mübahisəli məqamların aradan qalxdığı anlamına gəlmir. xəbər verir ki, o, bu barədə brifin


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntüleri xabar az son.xabar xeberler az