Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH

Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRHPutinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH
Ermənistanın Kollektiv Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının üzvü kimi Rusiyadan özünə siyasi və hərbi dəstək almaq istəyi günü-gündən suya düşür.
Bunu Rusiya prezidenti Vladimir Putinin "VTB Kapital"ın "Rusiya çağırır!" investisiya forumunun plenar iclasındakı çıxışlarına nəzər yetirdikdə də görmək olar.
Putinin həmin çıxışı bir neçə məqamlara aydınlıq gətirmiş oldu. Əvvəla onu qeyd edək ki, Putin bu çıxışı ilə bir daha Rusiyanın bu münaqişədə bitərəf qaldığını, balanslaşdırılmış siyasət yürütdüyünü göstərdi: "Dağlıq Qarabağda uzunmüddətli nizamlanma yalnız Azərbaycan və Ermənistan arasında maraqlar balansına riayət olunmaqla mümkündür".
Rusiya Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır. Yenə onun çıxışının bu hissəsinə nəzər salaq: "Bizim mövqeyimiz tamamilə açıqdır, biz əvvəldən Qarabağ zonası üçün müəyyən rejimin, Ermənistanla qarşılıqlı əlaqə və s. təmin olunması ilə Azərbaycana 5+2 rayonun qaytarılması mövqeyindən çıxış etmişik…
Bəs Azərbaycan nədən danışır? İstənilən halda 7 rayonun nə etnik münaqişə, nə də Ermənistanla heç bir əlaqəsi olmamasından. Bunlar əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan deyir: biz bu əraziləri geri qaytarmaq hüququna sahibik".
Onun səsləndirdiyi "5+2" formatı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini tapmışdı. Artıq diplomatik yolla ilk qaytarılması nəzərdə tutulmuş 5 rayondan 4-ü – Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları işğaldan, demək olar ki, tam azad olunub. Yəni, Azərbaycan Ordusu hərb gücünə gələcək danışıqlar prosesinin ilk hissəsini böyük ölçüdə təmin etməklə bərabər, BMT Təhlükəsizlik Şurasının son iki qətnaməsinin tələblərini də öz hesabına icra edib. 
Artıq status-kvonun olmaması, təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir. Azərbaycan Zəngəzurda Ermənistanla və Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında İranla sərhədləri bərpa etməklə, sərhəd zastavalarına bayrağımızı sancmaqla bütün dünyaya siqnal verdi ki, biz bu torpaqların daimi sakinləriyik. Sözügedən 7 rayonun işğal edilməsi isə qərb qonşularımızın işğalçı niyyətini çoxdan hamıya bəlli edib və Putinin son çıxışı da buna bir işarədir. 
Ən əsası, Putinin çıxışı göstərdi ki, Rusiya Dağlıq Qarabağa hər hansısa statusun verilməsində maraqlı deyil. Çünki yenidən bu əraziyə muxtar vilayət statusunun verilməsi gələcəkdə tərəflər üçün yenidən müharibə ocağının qalması demək olacaq. Bu üzdən daha çox həmin ərazidə müəyyən bir rejimin tətbiq olunması fikri bildirilib. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan vətəndaşı olan etnik ermənilər yenidən Dağlıq Qarabağ bölgəsində yaşaya bilər, lakin onların öz müqəddəratını təyin etmək üçün referendum keçirilməsindən söhbət daha gedə bilməz. Federativ dövlət olan Rusiya daha yaxşı bilir ki, ermənilərin artıq bir dövləti olduğu üçün, ikinci qondarma Dağlıq Qarabağ Respublikası kimi anklav dövlətə ehtiyac yoxdur.
Sonda onu da qeyd edək ki, Rusiya danışıqlar masasında ATƏT-in daimi üzvü kimi Türkiyənin adını çəkdi. Digərlərinin yox, məhz Türkiyənin. Bu da boşuna deyildi. Rusiya bununla son vaxtlar Türkiyə ilə yaxınlığının, digər həmsədrlərə nisbətən Qafqazdakı siyasi və hərbi proseslərin uğurunda daha çox maraqlı tərəf olduqlarını göstərməyə çalışdı. Bu da növbəti sülh danışıqları zamanı Türkiyənin də ATƏT-in Minsk qrupunda yer ala biləcəyi ehtimalını artırır.
Səbuhi Musayev /oxu.az

Siyasi       Tarix: 30 oktyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri cebheden xeber sou biznes ən son xəbərlər bugün