"Putinin sözlərinin hədəfi türk dövlətləri deyil" - ƏRDOĞAN

"Rusiya Prezidenti Vladimir Putinin açıqlamasında türk dövlətlərinin nəzərdə tutulduğuna dair bir ifadə görmürəm".
KONKRET.az-ın "Haber Global"a istinadən məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Jurnalistlər Türkiyə liderinə Vladimir Putinin "Respublikaları SSRİ-dən çıxarmaq hüququ onun bünövrəsinə qoyulmuş bir mina idi" fikri ilə bağlı sual ünvanlayıb, bu fikrin hədəfinin türk dövlətləri olub olmamasını soruşublar.
"Əlbəttə ki, Türk dövlətləri də SSRİ-ni formalaşdıran respublikalar arasında idi. Bu tarixi bir həqiqətdir. SSRİ dağılanda digər respublikalar kimi onlar da müstəqilliklərini elan etdilər. Buradan 15 müstəqil dövlət yarandı. Bu da tarixi bir həqiqət və hüquqi nöqteyi-nəzərdən təsdiqlənmiş bir vəziyyətdir. Rusiya da bir sovet respublikası kimi deyil Rusiya Federasiyası olaraq yoluna davam etdi. Dolayısı ilə burada Türk respublikalarının və ya digər ölkələrin nəzərdə tutulduğunu düşünmək istəmirik. Təşkilatımız Türk dövlətləri arasında başda iqtisadi, ticarət, mədəni və bəşəri mövzularda əməkdaşlığı və həmrəyliyi artırmağı hədəfləyir. Bu heç bir ölkəyə və ya təşkilata qarşı bir cəhd deyil. Bunu cənab Putin də bilir. Cənab Putin bu ifadələri Ukraynanın şərqindəki separatçıların qondarma hakimiyyətlərini tanıyan qərarını açıqladığı zaman söyləmişdi. Əlbəttə, bizim Türkiyə olaraq Krımdakı mövqeyimiz nə idisə, buralarda da mövqeyimiz eyni oldu. Odur ki, verdiyimiz açıqlama ilə də Ukraynanın ərazi bütövlüyü barədə mövqeyimizi ortaya qoyduq və Rusiyanın bu davranışını rədd etdiyimizi bildirdik", – deyə R.T.Ərdoğan bildirib.

Siyasi       Tarix: 24 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər şou biznes xəbərləri son xeberler azerbaycan cəbhədən son görüntülər