Qaçırtdığı qızı 14 il girov SAXLADI
Rusiyanın Çelyabinsk vilayətinin sakini 2009-cu ildən Smolino kəndindəki evində qızı girov saxlayıb.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.
Qeyd olunub ki, qızı qaçıran kişi hazırda xəstəxanadadır.
Belə ki, polisə qızın bacıdan məlumat daxil olub.
O bildirib ki, bir kişi 2009-cu ildən 2023-cü il iyulun 30-dək onun 1990-cı il təvəllüdlü bacısını zorla saxlayıb.
Hazırda həmin şəxsə qarşı iki cinayət işi açılıb.
Qeyd olunub ki, hadisə yerinə baxış zamanı yardımçı tikililərdə insan qalıqları aşkarlandığı üçün şübhəlinin 2010-2011-ci illərdə törədilmiş naməlum qadının qətlində əli ola bilər.
Onun barəsində "Adam oğurluğu" və "Qətl" maddələri ilə iş başlanıb.
"Hazırda həmin şəxs tibb müəssisəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarəti altındadır. Rusiya İstintaq Komitəsinin müstəntiqləri sübut bazasının toplanmasına yönəlmiş istintaq hərəkətləri aparırlar", – Çelyabinsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatında deyilir.
İqbal Rzayev,
KONKRET.az

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu