Qadın 27 kişi ilə evləndi və onlara həyatlarının şokunu yaşatdı - FOTO
Hindistanda polis onlarla kişinin arvadı olmuş və evliliklərinin səhəri günü ərlərinin pullarını, həmçinin qızıl-zinət əşyalarını oğurlayaraq qaçan fırıldaqçını axtarır.
KONKRET.az xəbər verir ki, cinayətlər Şrinaqar şəhərində törədilib. Adının Avrat olduğu ehtimal edilən gəlinin bir neçə aradüzəldən ortağı olub. Onlar varlı kişiləri müəyyən edir və ona potensial arvadın fotoşəkillərini göstəriblər. Toydan sonra qadın yeni ərinin evindən pulu və qızıl-zinət əşyaları ilə birlikdə yoxa çıxıb.
Avrat kriminal karyerası ərzində azı 27 dəfə ailə qurmağa və ərlərini soymağa nail olub.
Zərərçəkənlərdən biri deyib ki, Avrat qaçmazdan əvvəl təcili olaraq valideynləri ilə görüşməli olduğunu deyib. Digər zəngin kişidən o, klinikaya birgə səfər zamanı qaçıb. Üçüncü halda, fırıldaqçı pulu aldadılan bəyin atasına qaytarıb, lakin onun buna necə nail olduğu göstərilməyib.
Fırıldaqçılar dəstəsinin izinə düşməyə çalışan zərərçəkənlər müəyyən ediblər ki, onun üzvləri uydurma adlardan istifadə ediblər, sənədlərin, ünvan və telefon nömrələrinin saxta olduğu üzə çıxıb. Gəlinin özü də ən azı üç adla çağırılıb: Cahin, İlyasa və Şahina. Oğurlanan pulların dəqiq məbləği məlum deyil./oxu.az



Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi