Qadın Kooperavləri "Azərsun Holding"də görüş keçirib
Qadın Kooperavləri "Azərsun Holding"də görüş keçirib.
azxeber.com xəbər verir ki, may ayının 10-da Azərbaycan Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə "Azərsun" Kənd Təsərrüfatı Məhsulları MMC-nin baş direktoru Mohammad Gozal arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi, Kooperativlərin inkişafı sektorunun müdiri İsrafil Həsənli və Azərsun Kənd Təsərrüfatı Məhsulları MMC-nin regionlarda fəaliyyət göstərən səlahiyyətli nümayəndələri də iştirak edib.
Assosiasiyanın rəhbəri Gülbəniz Qənbərova ölkədə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Qadın Kooperativlərinin istehsal və emal potensialı barədə məlumat verərək bildirib ki, aqrar sahədə kollektiv qadın bizneslərinin inkişafında mövcud boşluqların doldurulması üçün səmərəli təşəbbüslərə ehtiyac var.
Görüş zamanı "Azərsun Holding"in aqrar sahədə 2000 kənd qadınını mövsümi işlərlə təmin etdiyi və ərzaq istehsalında qadınların qatqısına yüksək dəyər verildiyi vurğulanıb. Aqrar sahədə əməkdaşlığın mümkün yollarını müzakirə edərkən Qadın Kooperativlərinin yüksək iqtisadi nəticələrə nail olması üçün sosial inkişaf sahəsində də əməkdaşlığın vacib olduğu bildirilib.
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi