Qadın taksi sürücüsü: "Taksi sürdüyüm üçün qardaşım mənimlə danışmır" - VİDEO
İstər paytaxtda, istərsə də bölgələrdə taksi sifariş verərkən əksər hallarda sürücünün kişi olacağını düşünürük, ancaq son dövlərdə avtomobil sükanı arxasına əyləşərək bu fəaliyyət növü ilə məşğul olanların sayı az deyil.
azxeber.com xəbər verir ki, belə qadınlardan biri də Nurcahan Cəbiyevadır.
O, artıq 30 ildən çoxdur ki, taksi fəaliyyəti ilə məşğuldur. Nurcahan Cəbiyeva bildirib ki, əvvəlki dövrə baxanda indi taksi sürmək daha rahatdır: "Mən sovet vaxtından taksi sürürəm, o zamanlar insanlar mənə böyük təəccüblə baxırdılar, indi hər kəsin gözü öyrəşib. Yoldaşım rəhmətə getmişdi, özüm 5 uşaq anası idim, fikirləşdim ki nə edim? Qızıllarım var idi, onları satdım, maşın aldım, başladım taksi sürməyə. Problem yaşananda onu yoluna qoyuram. Maşınıma içki içən biri minəndə onu dərhal düşürdürəm.Nurcahan Cəbiyeva bildirir ki, ilk dəfə taksi sürməyə başlayanda ailəsi ona icazə verməyib:"Böyük qardaşım hələ də məni danışdırmır, mən bəs balalarımı saxlamalıyam, ya yox?", - deyə bildirib.
Xəzər Xəbərin mövzu ilə bağlı süjetini təqdim edirik:
Ayşən

ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək
TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?
ABŞ Rusiyanın neft sanksiyaları üzrə istisnaları ləğv etdi
Venesuelada şiddətli zəlzələ: Trampdan ilk açıqlama
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ
İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır