Qadına və marketdə satıcıya qarşı soyğunçuluq etdilər
Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsi 5 ünvanında paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxs xanıma yaxınlaşıb ona zor tətbiq etməklə boynundan 200 manat dəyərində qızıl boyunbağını və qulağındakı sırğalardan birini talayaraq hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını xahiş edib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalInmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Rakif Ramazanov saxlanılaraq istintaqa təqdim olunub. Tutulan zaman onun üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik maddə olan heroin də aşkar olunaraq götürülüb.
Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə Pirşağı qəsəbəsində yerləşən marketlərdən birində satıcıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Mirzəyev tutulub. Araşdırma zamanı onun həmin marketdəki kassadan 400 manata yaxın pulu açıq talama yolu ilə ələ keçirdiyi məlum olub.
Qeyd edək ki, İsmayıl Mirzəyev cəzaçəkmə müəssisəsindən ötən ay azadlığa buraxılıb. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib