Qadının başqası ilə eşq yaşadığından şübhələnən kişi ÖZÜNÜ ÖLDÜRDÜ
Gəncədə qadını bıçaqlayaraq öldürən, daha sonra başqa kişiyə və özünə xəsarət yetirən Mahir Quliyev intihar edib.
KONKRET.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.
Hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.
Mahir Quliyev özünü iyun ayının 30-da müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatasının pəncərəsindən ataraq intihar edib.
Xatırladaq ki, Qətli törədən 65 yaşlı Mahir Quliyev qeyri-rəsmi münasibətdə olduğu 45 yaşlı İlhamə Hüseynovanın 25 yaşlı Akif Ağalarovla münasibəti olmasından şübhələnib. Mahir Quliyev Cəlil Məmmədquluzadə küçəsində yerləşən evin qarşısına gələrək İlhamə Hüseynova ilə mübahisə edib.
Mübahisədən sonra Mahir Quliyev İlhamə Hüseynovanı qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.
Qadının öldüyünü görən Mahir Quliyev sonra özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir. (Oxu.az)

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi