Qalmaqallarla məşhurlaşan Uşaq Evinin direktoru üç ildir qanunsuz işləyirmiş - DETALLAR

Qalmaqallarla məşhurlaşan Uşaq Evinin direktoru üç ildir qanunsuz işləyirmiş - DETALLAR3 saylı Uşaq Evində baş verənlər aktual olaraq qalır. 
Qeyd edək ki, 3 saylı Uşaq Evindəki təminatdan şikayətlənən Məhəmməd Hacıyev müəssisə rəhbəri tərəfindən 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov obyektivlik nümayiş etdirərək Məhəmməd Hacıyevin ruhi xəstə və müalicəyə ehtiyacı olmadığını deyib. Bu açıqlamadan bir gün sonra baş həkim yaş senzi ilə bağlı işdən kənarlaşdırılıb. 
Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar işdən çıxarılması 73 yaşlı Məhbubə Hüseynovanın işindəki nöqsanlara baxmayaraq hələ də vəzifədə qalması məsələsini gündəmə gətirib. Əsas ehtimallardan biri isə Uşaq evi rəhbərinin hansısa əl tərəfindən himayə olunmasıdır. 
Yaş həddi ilə bağlı Məhbubə Hüseynovanın vəzifədə qalması məsələsi Əmək Məcəlləsinə görə necə tənzimlənir? 
"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bizim.media-ya açıqlamasında qanunvericilikdə bu məsələnin necə ehtiva olunmasına toxunub:
"Müəssisə büdcədən maliyyələşdirilirsə, orada işləmənin son həddi 65 yaşdır. Amma istinsa qaydada və əmək kollektivinin sayının 2 faizindən çox olmamaq şərtilə 70 yaşa qədər 1 il -1 il olmaqla əmək müqaviləsi bağlana bilər.
70 yaşdan o tərəfə nəzərdə tutulmur. Qanun bunu deyir. Hər halda həmin müəssisənin tabe olduğu qurum, yəni işəgötürən tərəf yaş həddi ilə bağlı işçinin işinə xitam verməlidir". 
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov isə bildirib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılıb və araşdırma aparılır. Komissiyanın işi bitəndən sonra mövcud nöqsanlar barədə danışmaq mümkün olacaq. 
Qeyd edək ki, bu hadisə 3 saylı Uşaq Evi ilə bağlı birinci qalmaqal deyil.
3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyevanın açıqlamasına görə, uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-insani münasibət sərgilənir. Həmçinin, dövlət tərəfindən müəssisəyə göndərilən ərzaq uşaqlara verilmir. Qurban bayramında Uşaq Evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıqlar belə Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.
Gülcan Nağıyeva iddiaları ilə bağlı təqdim etdiyi görüntülərdən birində 6 yaşlı bir uşağın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur.
Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə, gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb. Növbəti gün işə gələndə uşağın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq Evində nə həkim, nə də tibb bacısı tapa bilib.
3 saylı Uşaq Evi ilə bağlı daha bir qalmaqal 2021-ci ildə baş verib. Həmin ilin oktyabrında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sözgedən müəssisədə araşdırma aparıb. Uşaq Evində bəzi nöqsanlar müəyyən olunub.
Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.
Məhbubə Hüseynovanın dəfələrlə tənbeh olunduğu və hətta 1500 manat məbləğində cərimələndiyi də bildirilir. / azxeber.com

Sosial       Tarix: 12 aprel 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı

İyunun ortaları olmasına baxmayaraq, paytaxtın bir sıra bazarlarında keşniş tapmaq çətinləşib. Satıcılar bildirirlər ki, məhsulun azlığı həm qiymətlərə təsir edib, həm də alıcıların narazılığına səbəb olub. Bəzi vətəndaşla

WhatsApp'da nömrəsiz mesajı belə göndərmək olar

"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi yeni funksiyanı təqdim etməyə hazırlaşır. -a istinadən xəbər verir ki, dünyada ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp gizliliyi artıracaq "istifadəç

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkd

Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək

Avro, dollar və yuan arasında qlobal valyuta rəqabəti XXI əsrin ən mühüm iqtisadi proseslərindən biridir. Son illərdə "dedollarizasiya" haqqında çox danışılır, lakin rəqəmlər göstərir ki, ABŞ dolları hələ də düny

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən

20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır

Lənkəranda velosipedçini avtomobil vurub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib. Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğl

Bu gün yay Azərbaycana daxil olacaq

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. -a istinadən xəbər verir ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır

Küvəzdə qalan körpələr 'dahi' olmur - Həkim həqiqəti açıqladı

Küvəzdə qalan uşaqların gələcəkdə dahi olması və ya cinsi problemlər yaşaması ilə bağlı cəmiyyətdə müxtəlif iddialar mövcuddur. Tibb mütəxəssisləri inkubator mühitinin gələcək zehni qabiliyyətlərə və ya bioloji reprodukti

AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 22-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. -a AMB-dən verilən məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat təşkil edib. Digər əsas valyutalara gəlincə


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezenesi son xeberler 2026 en son xeber son xabar