"Qan tökmək istəmədiyimizdən, düşünsünlər deyə hələlik onlara vaxt vermişik" -Deputat

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Ölkə başçısı Laçındakı çıxışında bir sıra mühüm məqamlara toxunub: "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı lazım olan yerə göndərmişik".
İlham Əliyevin Laçından verdiyi mühüm mesajları Milli Məclisin deputatı Sahib Aliyev azxeber.com-a şərh edib. 
Sahib Aliyev bildirir ki, Müzəffər Ali Baş Komandanımızın Laçındakı xəbərdarlığından da göründüyü kimi biz öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin etmənin sonuncu mərhələsindəyik:
"Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin  xəbərdarlığından gəldiyim nəticə bundan ibarətdir ki, Qarabağdakı separatçı ünsürlərə cəmisi bir neçə ay vaxt verilir, ya Azərbaycan dövlətinə boyun əyəcək, ya rədd olub gedəcəklər. Əlində silah müqavimət göstərənlər isə zərərsizləşdiriləcəklər.  Bu xəbərdarlığın hərbçilər qarşısında deyil də, evlərinə dönən laçınlı bacı və qardaşlarımızla söhbət formatında edilməsini isə Qarabağdakı haydillilər də, onlara geosiyasi alət gözündə baxanlar da böyük lütf saymalıdırlar. Hər şey anidən də ola bilərdi, amma Azərbaycan qan tökmək istəmir, düşünmək üçün vaxt verir ki, onun da bitməsinə artıq sayılı həftələr qalır".
Sahib Aliyev yaxın zamanlarda Xankəndində Azərbaycan bayrağının dalğalancağı ilə bağlı da eyni dərəcədə nikbin olduğunu söyləyir:
"Qarabağdakı separatçı ünsürlər Azərbaycan dövlətinə boyun əyməli, uydurma vəzifələrini tərk etməli, saxta parlamentlərini buraxmalıdırlar. Qarabağda vəziyyəti gərginləşdirməyə cəhd edən Ermənistan rəhbərliyi cənab İlham Əliyevin ədalətli delimitasiya, Laçından görünən kəndlər haqda dediklərini unutmamalıdırlar",- deyə Sahib Aliyev vurğulayıb.
Şəbnəm Zahir

Siyasi       Tarix: 31 may 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeberler bugun 2026 azerbaycan ən son xəbərlər cəbhədən şad xəbər