Qanuni kəsim məntəqələri olmayan rayonların adları açıqlandı
Ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 74-ə çatdırılıb.
Bu barədə azxeber.com-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu rəqəm Agentlik fəaliyyətə başladığı dövrdə 15 idi. Hazırda bu istiqamətdə fəaliyyətlər daha da genişlənməkdədir.
Onu da qeyd edək ki, hazırda Bakı şəhərində müasir tələblərə uyğun 22 kəsim məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr Bakı şəhəri üzrə gündəlik kəsim tələbatını qarşılamaq imkanına malikdir. Həmin kəsim məntəqələrində gündə 1025 baş iribuynuzlu və 9470 baş xırdabuynuzlu heyvanın kəsimi həyata keçirilə bilər. Həmçinin Sumqayıt şəhəri üzrə də gündəlik tələbata uyğun yetərincə kəsim məntəqələri qurulub. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkə ərazisi üzrə hələ də 21 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələr var və hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələri fəaliyyət göstərmir.
Müasir tipli heyvan kəsimi məntəqəsi olmayan rayonlarda sahibkarlar tərəfindən kəsim məntəqələrinin yaradılmasının təşviqi istiqamətində Agentliyin regional bölmələri ardıcıl olaraq maarifləndirmə tədbirləri həyata keçirir, həmçinin metodiki köməklik məqsədilə "Kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi" sahibkarlara təqdim olunur.
Sahibkarlar qanunvericilik çərçivəsində heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən peşəkar köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatları isə Agentliyin regional bölmələrinə müraciət edərək əldə edə bilərlər.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var