Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? - AÇIQLAMA

Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? - AÇIQLAMAÖtən günlərdə bir sıra kütləvi informasiya vasitələrində ölkədə müəyyən xəstəliklər üzrə dərmanların ödənişsiz verilməli olduğu halda, vətəndaşlara pulla satılması ilə bağlı məlumatlar dərc edilib.
Söhbət Azərbaycanda hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, dağınıq skleroz, xroniki böyrək çatışmazlığı və qanın bədxassəli xəstəliklərindən əziyyət çəkən şəxslərə dərmanlar ödənişsiz, yəni dövlət hesabına verilməli olduğu halda, pulla satılması iddialarından gedir.
Bu məsələ ilə bağlı, xüsusilə də regionlarda yaşayan vətəndaşların əziyyət çəkdiyi iddia edilir.
Qanunvericilik bu dərmanların vətəndaşlara ödənişsiz verilməli olduğunu deyir. Bəs reallıqda vəziyyət necədir?
Ümumiyyətlə, bu dərmanların təminatını kim həyata keçirir? Bu dərmanlar tibb müəssisələrinə hansı bölgü əsasında paylanılır? Sözügedən xəstəliklərdən əziyyət çəkən şəxslərin qeydiyyatı nəzərə alınır, yoxsa necə?
Mövzuya aydınlıq gətirmək və irəli sürülən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün aidiyyəti qurumlara sorğu ünvanladıq.
KONKRET.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentlik hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm xəstəlikləri üzrə dövlət proqramları və tədbirlər çərçivəsində TƏBİB-dən daxil olan siyahıya əsasən, dərman və tibbi zərflərin satınalınmasını həyata keçirir:
"Dərman vasitələri müvafiq dövlət tibb müəssisələrinə paylanılır və qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müvafiq dövlət tibb müəssisələrinə müraciət edərək dərman və tibbi zərfləri əldə edirlər".
Mövzu ilə əlaqədar TƏBİB-dən bildirilib ki, səhiyyə sahəsində müəyyən xəstəliklərin müalicəsi üzrə bir neçə dövlət proqramları icra olunmaqdadır və hazırda onların icrası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bir sıra dövlət ambulator və stasionar tibb müəssisələrində həyata keçirilir:
"Bu dövlət və tədbirlər proqramları (hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm) çərçivəsində xəstələrə ambulator qaydada verilən dərman və tibbi zərflərin satınalması TƏBİB-dən daxil olan siyahıya əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar bu dərman vasitələri və tibbi ləvazimatlarla müayinələr əsasında yalnız həkim təyinatına uyğun müvafiq dövlət tibb müəssisələrində təmin olunurlar. Bütün proqramlar üzrə illik sifarişlər hazırlanır və təqdim edilir. Daha sonra həmin malların birillik gedişatı və anbar qalıqları nəzərə alınır, tender siyahıları hazırlanır, satınalma həyata keçirilir. Satınalma həyata keçirildikdən sonra proqramların həyata keçirildiyi müəssisələrə dərmanlar dövri tələbnaməyə əsasən göndərilir. Bəzən podratçı şirkətlərə bağlı səbəblərdən isə gecikmələr müşahidə oluna bilir. Ümumilikdə, TƏBİB-in aidiyyəti struktur bölmələri tərəfindən nəzarət tədbirləri həyata keçirilir.
Hər hansı fakt təqdim edilərsə, müvafiq qaydada araşdırılıb, tədbir görülə bilər".

Sağlamlıq       Tarix: 09 may 2023
f Paylaş

Oxşar xəbərlər

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər xeber saytlari novruz bayramı cəbhədən son məlumatlar