Qanunsuz mərc və şans oyunlarına necə nəzarət etməli? - AÇIQLAMA

Qanunsuz mərc və şans oyunlarına necə nəzarət etməli? - AÇIQLAMAAzərbaycanda son illər qanunsuz mərc və şans oyunlarının reklamı geniş vüsət almaqdadır.
Belə ki, ölkəmizdə illərdir qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslər və bilavasitə onlara hamilik edən qruplaşmalar hüquq-mühafizə orqanlarının böyük səyləri nəticəsində ifşa edilir.
Korporasiyalar şəkildə fəaliyyət göstərən qruplaşmalar ölkənin iqtisadiyyatına da ciddi zərər vuraraq milyonlarla vəsaiti qeyri-qanuni yolla ölkədən çıxarırlar.
Bəs, qanunsuz mərc və şans oyunlarının reklamını yayan sosial şəbəkələr və internet resurslarına nəzarət mexanizmlərini gücləndirmək üçün hansı dəyişikliklər edilməlidir?
Niyə bu qədər qanunsuz saytlar reklam olunur?
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov qanunsuz mərc və şans oyunlarının reklamı ilə bağlı danışarkən deyib:
Qanunsuz mərc və şans oyunlarına necə nəzarət etməli? - AÇIQLAMA"Bildiyimiz kimi, ölkəmizdə mərc və şans oyunları rəsmi lisenziya almış şirkətlər tərəfindən həyata keçirilir. Təbii ki, azarkeşlər bu sahədə özlərini sınamaq üçün bu oyunlarda iştirak edirlər. Təəssüflər olsun ki, hər sahədə olduğu kimi, burada da qanuni işin yanında onun əksi olan qanunsuz əməllər də olur. İnsanlar da yalançı reklama uyub, bu sahədə qanunsuz varlanmaq yolunu tuturlar. Müasir dövrümüzdə təbii olaraq yüksək texnologiyalar sahəsində kibercinayətkarlıqlar peydə olub və artıq dövlətlər bu sahədə mübarizə yollarını da kiber üsullarla, müasir texnologiyalarla qarşısını almağa çalışırlar.
Qanunsuz mərc və şans oyunlarının reklamı dayanmadan yayılır. Bu məsələyə nəzarət edilməsi çox çətinləşir. Zaman-zaman parlametdə biz bu məsələ üzərində danışırıq."
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən Fərid Pərdəşünas qanunsuz mərc və şans oyunlarına nəzarət mexanizminin lazım olduğunu bildirib:
Qanunsuz mərc və şans oyunlarına necə nəzarət etməli? - AÇIQLAMA"Əslində bu reklam haqqında qanunla tənzimlənir. Bu tipli qanunsuz mərc oyunlarını, saxta qumar saytlarını, "betting", "gambling" saytlarını reklam etmək qadağandır. Amma təəssüf ki, biz görürük ki, bəzi məşhur şəxslər, idmançılar və ya blogerlər heç tərəddüd etmədən, qanunu bilərəkdən və ya bilməyərəkdən bu tipli platformaları reklam edirlər.
Təbii ki, bu qanunvericilikdə nəzərdə tutulub. Sadəcə nəzarət mexanizmi lazımdır. Bir ara bu şəxslərin cərimələndiyini gördük. Ümumiyyətlə, qanunu pozan şəxslər fəaliyyətlərinə görə dərhal cəzalanmalıdırlar.
Müəyyən müddət ərzində biz görmüşük ki, həmin şəxslər müəyyən məbləğ ödəyərək cəzalandırılıblar. Görünən odur ki, qanunsuz mərc platformaları cərimələri də ödəməyə hazırdırlar. Ona görə də məşhurları belə razı salırlar ki, o cərimə nədirsə ödəməyə hazırıq. Mən düşünürəm ki, bunu inzibati həbslə və ya başqa sərt cəzalarla tənzimləmək lazımdır. Çünki bu şəxslər o cəriməni ödəməkdən əlavə 5,10 qat artıq pul alaraq o platformaları reklam edirlər.
Nəticədə vətəndaşlar bu yola düşərək vəsaitlərini itirirlər. Belə platformalarda qanunsuz oyunlar oynamaqla əldə etdikləri vəsaitləri də riskə atırlar. Çünki bu platformalar da adətən o pulları ödəməkdən qaçırlar".
Günel Hüseynli

Sosial       Tarix: 30 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler cəbhədən son xəbərlər 2026 son xeberler bugun sonxeber.az