Qanunsuz şans oyunlarında daha bir bir dələduzluq faktı - FOTOLAR

Qanunsuz şans oyunlarında daha bir bir dələduzluq faktı - FOTOLARÖlkəmizdə qanunsuz şans oyunları qadağan olsa da, müxtəlif yollarla belə qeyri-rəsmi provayderlər vətəndaşları aldatmağa davam edir.
azxeber.com xəbər verir ki, dəfələrlə qanunsuz şans oyunları ilə bağlı çağırışlar edilsə də, bəzi oyunçular buna məhəl qoymur, bir gün aldadılma riskinin olduğunu, pullarını itirəcəyini və geri qaytara bilməyəcəyini unudurlar. Amma tez-tez belə qanunsuz şans oyunlarında başlarına gələn dələduzluq hallarını paylaşan oyunçular da var. Bu yaxınlarda qanunsuz şans oyunu təşkil edən Pin-UP saytı vətəndaşın içində 3500 manat olan hesabını bağlayıb. Bu barədə Jude Bellingham adlı istifadəçi sosial şəbəkədə paylaşım edim:
"Pin-UP saytı hesabımı bağlayıb, içində 3500 AZN pul var idi, səbəbsiz yerə yazıblar ki, guya bonsuzdan xeyir güdürəm. Hesabda 1500 AZN var idi Arsenal-Bortnum oyununda 1500 Arsenalın 3 topu qoyulub, ondan sonra Bayern Shutgart taym üst oynanılıb və hesabı səbəbsiz yerə bağlayıblar. 5 gündür oradan pul çıxara bilmirdim. Yalandan deyirdilər sistemdə problemlər var, çatda yazıram ki, bəs bonusdan oynamamışam, əsas hesabdan Avropanın əsas linqlərinə qoyulu pul. Yazırlar ki, hesabınızı birdəfəlik bağlanılıb. Heç bir səbəb gətirilmədən, hesabımı bağlamamışdan öncə çatda yazdım, təzədən üz tanıma linki atdılar, oradan da keçirildi, uğurlu oldu. 10 dəqiqə sonra hesab bağlandı, oynamayın bu saytda".
Sözügedən statusa şərh yazan çox sayda istifadəçi də oxşar hadisənin onların da başlarına gəldiyini və belə qanunsuz şans oyunlarına inanmadıqlarını bildiriblər.
Həsən Qafarzadə adlı vətəndaş yazır: "Mənim də  orada 1200 AZN var idi. Çıxarış etmək istədim,  vermədiler. 100 dənə səbəb  gətirib sonra hesabı bağladılar".
Elman Bayramov adlı istifadəçi   yazır: "Mənim uduşum  7200 manat idi,  ondan  cəmi 100 manat çıxara bildim.  Nə etdimsə,  qalanını çıxara bilmədim".
İctimaiyyətdə narazılıq yaradan məsələnin ciddiyyətini nəzərə alan tanınmış jurnalistlər və bloqerlər də bir daha vətəndaşları bu cür qanunsuz şans oyunlarından uzaq durmağa səsləyiblər. 
Mövzu ilə bağlı jurnalistin statusunda şərh bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev də qeyd edib: "Hər gün bununla və digər onlayn dələduzluq halları ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olur. Elə vətəndaşlar var ki, dəfələrlə xaricdən idarə olunan resurslarda dələduzluğa məruz qalıb, ancaq yenə də bu kimi saxta oyunlarda iştirakdan çəkinmir. Təbliğat belə şəxsləri öyrətməkdə, inandırmaqda aciz qalıb".
Bu hal nə birinci, nə də axırıncıdır. Mütəmadi olaraq qanunsuz şans oyunlarında yaşanan belə fırıldaqçılıq faktlarının şahidi olmuşuq. Heç bir mənbəyi bilinməyən belə qanunsuz şans oyunlarının saxtakarlıqlarına məruz qalmamaq üçün bu faktları gözardı etməyin. Çünki həm qoyduğunuz pulu itirə, həm də İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə görə qanunsuz şans oyununda iştiraka görə 3 000 manat məbləğində cərimə edilə bilərsiniz. Belə hallarla üzləşməmək üçün bəxtinizi və pulunuzu yalnız  qanuni şans oyunlarına etibar edin.  
Qanunsuz şans oyunlarında daha bir bir dələduzluq faktı - FOTOLARQanunsuz şans oyunlarında daha bir bir dələduzluq faktı - FOTOLARQanunsuz şans oyunlarında daha bir bir dələduzluq faktı - FOTOLARQanunsuz şans oyunlarında daha bir bir dələduzluq faktı - FOTOLARQanunsuz şans oyunlarında daha bir bir dələduzluq faktı - FOTOLARQanunsuz şans oyunlarında daha bir bir dələduzluq faktı - FOTOLAR

Sosial       Tarix: 10 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər meherremlik 2026 cəbhədən görüntülər en yeni xeberler