Qara çörəyin qiymətində üçqat bahalaşma - FOTO
Azərbaycanda unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edilib. Artıq bu bahalaşma çovdar tərkibli qara çörəklərdə də baş verir.
Belə ki, "Eviar" MMC-nin "İvanovka" brendinə məxsus çovdar çörəklərinin qiyməti, habelə "Nömrə 1" çörək zavoduna məxsus bəzi çörək növlərinin qiymətində iki, hətta üçqat bahalaşma var.
Alıcılar bildirirlər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi iki manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.
Bizim.Media bahalaşmanın səbəbini aydınlaşdırmaq üçün MMC-lərlə əlaqə saxlayıb.
Hər iki çörək zavodundan verilən məlumatda bildirilir ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır:
"Pəhriz çörəklərinin də tərkibinə əla növ un qatılır. Həmçinin bununla yanaşı, çövdar unu və digər məmulatlar da əlavə olunur. Hazırda xammallar bahalaşdığı üçün pəhriz çörəklərinin qiymətində də bahalaşma var".


Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"