Qara dənizdə GƏRGİNLİK: General Üçüncü Dünya müharibəsi ANONSU VERDİ - VİDEO

Qara dənizdə GƏRGİNLİK: General Üçüncü Dünya müharibəsi ANONSU VERDİ - VİDEOVideo əlavə olunub.

xxx
Bolqarıstanlı general Valentin Tsankov Qara dənizdəki vəziyyəti İkinci Dünya müharibəsindən əvvəl SSRİ-Almaniya sərhədində baş verənlərlə müqayisə edib.
Publika.az xəbər verir ki, bu barədə general V.Tsankov Bolqarıstan mediasına danışıb.
O, Rusiya ilə NATO arasında qarşıdurma riskinin olduğunu bildirib.
Qara dənizin NATO ölkələri ilə Rusiya Silahlı Qüvvələri arasında birbaşa təmas nöqtəsinə çevrildiyinə diqqət çəkən Tsankov bölgədə müntəzəm olaraq təlimlərin keçirildiyini və bunun tərəflərin praktik olaraq real döyüş əməliyyatları təcrübəsi qazanmasına imkan verdiyini vurğulayıb.
NATO-nun Qara dənizdə bir müddətdir həyata keçirdiyi "Sea Breeze" təlimindən danışan general Tsankov qeyd edib ki, bu təlimlərin miqyası indiyədək olanlardan dəfələrlə genişdir.
O, Rusiyanın Qara dəniz bölgəsindəki hökmranlığına diqqət çəkib. Təlimin Krım sahilləri yaxınlığında keçirildiyini və Ukrayna hərbçilərinin manevrlərə qatıldığını deyən Tsankov bildirib ki, Ukrayna Krımı öz ərazisi olaraq görür: "Ancaq bölgə "de-fakto" və birləşmə referendumundan sonra öz qanunlarına görə "de-yure" olaraq Rusiyaya aiddir. Rusiya sərhədlərini qoruduğu üçün təlimlərə qarşıdır. Başqa bir ölkə də bunu edər. İttifaqın Qara dəniz strategiyasının vacib bir hissəsi Krımın ilhaq edilməsinin tanınmamasının göstəricisidir. Bu, NATO-ya üzv ölkələrin siyasi qərarıdır və Qara dənizə çıxışı olmayan ölkələrin gəmilərinin, xüsusən də ABŞ gəmilərinin burada varlığı əks olunur".
V.Tsankov Vaşinqtonun Rusiyaya bu şəkildə təzyiq göstərməyə çalışdığını və Moskvanın amerikalıların bu davranışını öz hərbi potensialını gücləndirərək cavab verilməsi lazım olan bir təhdid kimi qəbul etdiyini söyləyib.
General əlavə edib ki, münasibətlər pisləşir, gərginlik artır və tərəflər hər an müharibəyə başlamaq üçün hazırdır: "Bəşəriyyət müharibə başlatmaq riskinin nə qədər böyük olduğunun fərqində belə deyil. Bölgədəki vəziyyət Sovet İttifaqı ilə Almaniyanın ortaq sərhədi olduğu 1939-1941-ci illərdəki duruma çox bənzəyir. Bu, müharibə başlatmağın ən sadə yoludur. Kiyev NATO-da "qlobal ortaq" statusu qazandı ki, bu da İttifaqın ordu hissələrinin Rusiya sərhədinə daimi yerləşdirilməsinə səbəb ola biləcək. Hazırda Ukrayna istəsə də, istəməsə də aktiv bölgə rolunu oynayır, əlbəttə ki, neytral da deyil.
Qeyd edək ki, ABŞ və NATO Qara dənizdə 32 hərbi gəmi, 40 təyyarə və ümumilikdə 32 ölkədən 5 min hərbçi ilə "Sea Breeze 2021" təlimini davam etdirir. İyunun 28-də başlayan təlimlər sabah başa çatacaq.
Akqabay

Dünya       Tarix: 09 iyul 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbər beynelxalq bank mezenne xeberler az bugünki xəbərlər